...

Polad Həşimov, İlqar Mirzəyev və İbad Hüseynova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib - SƏRƏNCAM

Siyasət Materials 9 Dekabr 2020 17:49 (UTC +04:00)
Polad Həşimov, İlqar Mirzəyev və İbad Hüseynova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamda deyilir:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin:

Həşimov Polad İsrayıl oğlu – general-mayor (ölümündən sonra)

Mirzəyev İlqar Anzor oğlu – polkovnik (ölümündən sonra)

Hüseynov İbad Mövsüm oğlu – ehtiyatda olan baş çavuş.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti