...

Ermənistanın bütün cəhdləri artıq funksiyasını itirib - Bəhruz Quliyev

Siyasət Materials 18 Dekabr 2020 20:02 (UTC +04:00)
Ermənistanın bütün cəhdləri artıq funksiyasını itirib - Bəhruz Quliyev

Bakı. Samir Əli - Trend:

COVİD-19 dünyada indiyə kimi 75 milyondan artıq insanın yoluxmasına, yüz minlərlə insanın isə bu xəstəlikdən həyatını itirməsinə səbəb olub. Rəqəmlər hər gün artır.

Bu fikirləri Trend-ə "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev dünyanı bürüyən qlobal bəla, böhran ilə mübarizə ilə bağlı MDB Dövlət Başçıları Şurasının videokonfrans şəklində keçirilən toplantısında Prezident İlham Əliyevin çıxışını şərh edərkən deyib. Onun sözlərinə görə, bu kimi qlobal məsələlərdə Azərbaycan dövləti daim öncüllüyü ilə seçilib. Belə ki, bir müddət əvvəl məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyası da keçirilib.

Bəhruz Quliyevin bildirib ki, dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə əhəmiyyətli işlər davam etdirilməkdədir: "Mübarizə bu gün də davam etdirilir və Prezidentin qətiyyətli, önləyici və qabaqlayıcı tədbirləri nəticəsində koronavirusa qarşı mübarizədə Azərbaycan digər ölkələrdən uğurları ilə seçilir.

Dövlət başçısının çağırışı ilə vətəndaşlar, sahibkarlar, təşkilatlar səfərbər olunub, ehtiyacı olan insanlar yardımlarla təmin edilir. Dövlət tərəfindən sosial yardımlarla əlaqədar milyardlarla manat vəsait ayrılıb".

Ekspert hesab edir ki, 2020-ci ildə koronavirus pandemiyası bütün dünyada vəziyyəti dəyişdi: “Pandemiya həmçinin beynəlxalq siyasətə, o cümlədən beynəlxalq tədbirlərin keçirilməsinə də təsirsiz ötüşmədi, bu sahədə böyük çətinliklər və maneələr yaratdı. Koronavirus pandemiyası qlobal xarakter daşımaqla bütün xalqların təhlükəsizliyini təhdidi edir. Təəssüf ki, bu günə qədər nə milli, nə də qlobal səviyyədə bu virusa qarşı mübarizədə səmərəli bir vasitə tapılmayıb. Bunun üçün isə dünyanın vaxt itirmədən yeni təşəbbüslərə ehtiyacı var. Bu gün MDB Dövlət Başçılarının konfransı da bu reallığı əks etdirir. Dövlət başçımız da çıxışı əsnasında qeyd etdi ki, Azərbaycan ilk gündən bu faktora çevik və adekvat reaksiya verdi. Əbəs deyil ki, bu məsələdə bir sıra ölkələr, xüsusilə MDB ölkələri Azərbaycanda həyata keçirilən mübarizə metodunu nümunə olaraq götürürlər".
Cənab İlham Əliyev bildirib ki, COVID-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin, eləcə də post sovet məkanının dövlət və hökumət başçılarının tez-tez bu mövzunu müzakirə edib,çıxış yolları axtarmalarına ehtiyac var".

"2020-ci il ildə Azərbaycan Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi zəfər qazandı", deyən baş redaktor bu mövzu ilə bağlı da dövlət başçısının çıxışına toxunaraq bildirib ki, Ermənistan ağır məğlubiyyətindən dərs çıxarmalıdır. Çünki beynəlxalq aləm və hüquq da bizim - Azərbaycanın yanında oldu: "Əbəs deyil ki, hadisələr baş verən andan dünyanın bir sıra nüfuzlu qəzet və televiziyaları, media qurumları dövlət başçımızdan geniş müsahibələr alır, Qarabağ münaqişəsinin təfərrüatlarını ən incə məqamlarına qədər araşdırır, nəticələrə gəlirdilər. Bu, həm də onu sübut edir ki, Azərbaycan haqlı mübarizəsini aparıb və qalib gəlib. Bu baxımdan, hazırda MDB məkanının da dövlət başçıları üçün Prezident İlham Əliyevin fikirləri önəm daşıyır. Çünki ölkəmiz söz sahibinə çevrilib və istənilən problemi aradan qaldırmaq imkanına malik olduğunu isbatlayıb. Bundan sonra isə dövlət başçımızın qeyd etdiyi kimi,Ermənistan hər hansı cəhdlərə əl atmaq funksiyasını itirib. Bizi isə qarşıda inkişaf, tərəqqi, Qrabağımızın abadlaşdırılması prosesi gözləyir. Bax, bu reallıqlar da cənab Prezidentimiz tərəfindən MDB ölkə rəhbərlərinin diqqətinə çatdırıldı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti