...

İordaniyanın Kralı Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 23 Dekabr 2020 19:20 (UTC +04:00)

Bakı. Trend:

İordaniyanın Kralı II Abdullahdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, məktubda deyilir:

"Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Zati-alinizə ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti