Ermənilər tarixi-mədəni abidələrimizi dağıtmaqla həm də bəşəri dəyərlərə qarşı cinayət törədiblər - Siyavuş Novruzov

Ermənilər tarixi-mədəni abidələrimizi dağıtmaqla həm də bəşəri dəyərlərə qarşı cinayət törədiblər - Siyavuş Novruzov

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Zəngilan rayonuna səfər zamanı növbəti dəfə ermənilərin tarixi-mədəni və dini abidələri vəhşicəsinə dağıtmasına diqqət çəkib, erməni vandallığını sərt tənqid edib. Ölkə başçısı, həmçinin beynəlxalq təşkilatların zamanında bu prosesə yetərincə həssas və duyarlı münasibət ortaya qoymadığını da vurğulayıb.

Ali Baş Komandan deyib: “Zəngilan işğaldan azad olunandan sonra rayonda yerləşən məscidlərin birində donuzların saxlanması ilə bağlı videokadrlar nümayiş etdirilmişdir. Düşmən bizim dinimizi təhqir edib, bütün müsəlmanları təhqir edib. Bax, burada məscid olub, indi yoxdur, dağıdıblar. İndi bəziləri azad edilmiş torpaqlarda erməni xalqının dini irsi haqqında məsələ qaldırırlar. Bəs, bizim milli-dini irsimiz haqqında niyə heç kim məsələ qaldırmayıb? Bu yaxınlarda UNESCO-nun bir məmuru əsassız bir ifadə işlədib ki, guya bizə müraciət olunub, Azərbaycan isə səssiz qalıb. Biz 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət etmişik, dəfələrlə bildirmişik ki, bizim məscidlərimiz dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir, bir dəfə missiya göndərildimi? Bir dəfə bizim müraciətimizə cavab verildimi? Elə müharibə qurtaran kimi başlayıblar ki, erməni xalqının abidələri gərək qorunsun. Biz bütün abidələri qoruyuruq, bütün xalqların abidələrini qoruyuruq və dünya bunu bilir. Amma baxın, görün, məscid olub bura, UNESCO, buraya gəl, gəl gör”.

Milli Məclisin regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Siyavuş Novruzov Trend-ə bildirib ki, Qarabağ və ətraf rayonlarda tarixi-mədəni və dini abidələrin dağıdılmasında Ermənistanla yanaşı, əlaqədar beynəlxalq təşkilatların da məsuliyyət payı var. Ölkə başçısının iradları tamamilə haqlıdır, bu cür abidələr ümumbəşəri mahiyyət daşıyır. Təbii ki, bu məsələdə müvafiq təşkilatların da məsuliyyət payı mövcuddur. Çünki tarixi-mədəni abidələr milli olduğu qədər də, həm də ümumbəşəri sərvət sayılır. Buna görə də hər hansı bir ölkənin milli abidəsini məhv etmək həm də ümumbəşəri sərvətə, ümumbəşəri mədəniyyətə qəsd etmək deməkdir. Məsələn, Misir piramidaları Misir dövlətinə məxsus olduğu qədər də, həm də bütün bəşəriyyətə məxsusdur, ümumbəşəri mədəniyyəti zənginləşdirən bir abidədir. Ona görə də bu cür abidələri sıradan çıxarmaq, məhv etmək bütün bəşəriyyətə qarşı törədilən cinayət hesab edilir və buna görə də belə abidələrin qorunması ümumbəşəri vəzifədir.

Dağlıq Qarabağ və Qərbi Azərbaycan ərazisində ermənilər 700-dən artıq tarix və mədəniyyət abidəsini dağıdıb, adını dəyişdirib. 150-dən artıq kilsə və məbədin, 100-dən çox məscidin dağıdılması, alban kilsələrinin erməniləşdirilməsi həyata keçirilib. Bəzi hallarda alban kilsələrini söküb öz ərazilərində tikməklə, bu kilsələrin guya onlara məxsus olduğunu iddia etməyə çalışıblar. Təbii ki, ermənilərin törətdikləri bu vəhşiliklərlə bağlı dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, o cümlədən UNESCO-ya dəfələrlə məlumat verilib. Lakin təəssüf ki, erməni işğalı altında qalan torpaqlarımızdakı abidələrimizin qorunması üçün bu təşkilatlar tərəfindən lazımi addımlar atılmayıb.

“Ali Baş Komandanın qeyd etdiyi kimi, dağıdılan abidələrimiz Azərbaycan dövləti tərəfindən yaxın zamanda bərpa olunacaq. Buna görə Ermənistanla yanaşı, həm də müvafiq beynəlxalq təşkilatlar cavabdehlik daşıyır və cənab Prezident öz iradlarında tamamilə haqlıdır. Yaşasın Ali Baş Komandan! Yaşasın Müstəqil Azərbaycan Respublikası!”, - deyə Milli Məclisin komitə sədri qeyd edib.

Domen nədir və bizim buna niyə ehtiyacımız var?
Domen nədir və bizim buna niyə ehtiyacımız var?
Azərbaycanda peyk vasitəsilə yeraltı su ehtiyatları tədqiq olunacaq
Azərbaycanda peyk vasitəsilə yeraltı su ehtiyatları tədqiq olunacaq
Müasir dövrdə elm və texnologiya birbaşa istehsal gücünə çevrilib - Ekspert
Müasir dövrdə elm və texnologiya birbaşa istehsal gücünə çevrilib - Ekspert
Loading Bars
Xəbər lenti
Tramp respublikaçılara onun adından istifadə edərək vəsait toplamağı qadağan etdi
Çexiyanın sabiq prezidenti koronavirusdan sağalıb
İtaliya Çempionatı: "Yuventus" "Latsio"nu məğlub etdi
Britaniyada koronavirusa yoluxanların sayı 4,21 milyon nəfəri ötüb
Maduro koronavirusa qarşı peyvənd olundu
Mingəçevir Dövlət Universitetində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Türkiyədə koronavirusdan sağalanların sayı 2,61 milyon nəfəri ötüb
Dünyada ötən sutka koronavirusa 353 mindən çox yoluxma qeydə alınıb - ÜST
Xarici diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar (FOTO)
Polşada sərnişin avtobusu qəzaya uğrayıb: 5 ölü, 40 yaralı
Erməni vandalları Azərbaycanın ekologiyasına ciddi ziyan vurublar (FOTO)
Direktorluğa qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar təxirə salınıb
Xəzərdə dalğanın hündürlüyü 7,5 metrə çatacaq
"Buta Airways" Kiyevə uçuşları bərpa edəcək
Dalay Lama koronavirusa qarşı peyvənd olundu
Lənkəranda birmərtəbəli ev yanıb
Bu səfərlər əsnasında əcnəbi diplomatlar erməni cinayətlərinin ağır nəticəsini öz gözləri ilə görürlər - Cəlil Xəlilov
Yeni Zelandiya sahillərində 6,2 bal gücündə zəlzələ olub
İndoneziyada bir sutkada koronavirusa 5 767 yoluxma qeydə alınıb
Dağlıq Qarabağdakı işğala son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq - Ərdoğan
"Air France"ın təyyarəsi Sofiyada təcili eniş edib
“Siyasi dialoqda qadınların rolu” mövzusunda görüş keçirilib (FOTO)
AXC-Müsavat cütlüyünün xəyanətlərindən biri də 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməməsi idi - Deputat
Qadınların məşğulluq imkanlarının genişləndirilməsi üçün qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb
Azərbaycanda 353 nəfər COVID-19-a yoluxub, 149 nəfər sağalıb, 3 nəfər vəfat edib
AQTA 23.760 kq sümüksüz dondurulmuş hind quşu məhsulunu məhv edib
Tərtərdə oğurluq edən şəxslər saxlanılıb (FOTO)
Bakıda çirkab suların gölə axıdılması faktı aşkar edilib (FOTO)
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb
AzTV daha bir layihəyə start verir
Cəbrayıl rayonunun Papı kəndi (VİDEO)
İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)
Afrikada yenidən Ebola virusu yayılmağa başlayıb
Finlandiyada seçkilər təxirə salındı
Prezident İlham Əliyev 17 ildə Azərbaycanı müasir, güclü dövlətə çevirdi - Komitə sədri
Polis itkin düşən 2 yaşlı uşağın həyatını xilas edib (FOTO)
İranda ötən sutkada 82 nəfər koronavirusdan ölüb
AQTA ictimai iaşə müəssisələrində nöqsanlar aşkarlayıb - SİYAHI
Yerevanda prezident administrasiyasına və parlamentə doğru yürüş başlayıb
Koçaryan və Sarkisyan kimi canilər Qarabağdakı vəziyyəti əsla dəyişə bilməz – Deputat
Formula 1 üzrə dünya çempionatının yarış cədvəlində dəyişiklik edilib
Siyasi partiyaların YAP-a qoşulması milli birliyimizin nümunəsidir - Naqif Həmzəyev
Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Ermənistanda siyasi gərginlik - Antirusiya meyilləri artır
“Oba” marketdə nöqsanlar aşkarlanıb (FOTO)
Yerevanda keçmiş hərbçilər Müdafiə Nazirliyinin qarşısında akiya keçirir
Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası təsdiqlənib
Bakı sakinləri Biləsuvarda külli miqdarda heroinlə tutuldu
Putinin köməkçisi koronavirusa yoluxub
Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli görüş keçiriləcək - Çavuşoğlu
Ötən il etdiyi oğurluqların üstü açılıb
Qadınların məşğulluğu ilə bağlı qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb
ABŞ Səfirliyi 2021-2023-cü İllər üçün Jurnalistika üzrə Magistr Proqramını elan edib
Sabah güclü külək əsəcək
Direktorluğa qəbul üzrə imtahanlar keçirilir (FOTO)
Müdafiə naziri qadınları təbrik edib
Rusiyada son sutkada 441 nəfər koronavirusdan ölüb
Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşıb (FOTO)
Ceyhun Bayramov Hafiz Paşayevi təbrik edib
Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın dövləti maraqları ən yüksək səviyyədə qorunur - Baş Qərargah rəisi
Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur - Liviyanin müvəqqəti işlər vəkili
Diplomatik korpus nümayəndələri Füzuli Beynəlxalq Hava Limanın tikintisinin gedişi ilə tanış olublar
Bu günə qədər Azərbaycanda 390 min 489 nəfər peyvənd olunub
Bu günədək DSX-nin 2000-dən artıq hərbi qulluqçusu vaksinasiya olunub
Qubadlıda DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb (FOTO)
Ötən gün Azərbaycanda 24 yanğın qeydə alınıb
Azərbaycan neftinin qiyməti 69 dolları ötüb
YAP-ın yeni yaradılan Veteranlar Şurasının tərkibi məlum olub (SİYAHI)
Zəngilan rayonunun Qaradərə kəndi (VİDEO)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb
Bir qrup qadın orden və medallarla təltif edilib (SİYAHI)
Azərbaycan qadınlarına fəxri adlar verilib - SƏRƏNCAM
YAP-ın yeni yaradılan Təftiş Komissiyasının tərkibi məlum olub (SİYAHI)
Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edilib (VİDEO)
Kənddən şəhərə yarmarkaları yenidən başlayıb (FOTO)
Roma papası İraq şiələrinin lideri ilə görüşüb
Əcnəbilər üçün Azərbaycan dili üzrə imtahan keçirilib, 3 nəfər keçid balını toplayıb
Qusar sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb
Kolumbiya Səhiyyə Nazirliyi futbol üzrə Braziliya millisinin ölkəyə gəlməsinə qarşıdır
Gəncədə sayğac oğrusu saxlanılıb (FOTO)
Əfv Komissiyası bu gün yeni müraciətlərə baxacaq
Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfəri başlayıb (FOTO)
Masallıda ikimərtəbəli evdə yanğın olub
Dünya Bankı koronavirus pandemiyası ilə mübarizədə Azərbaycana dəstək göstərə bilər
Məşhur modelyerin mebel və incəsənət kolleksiyası hərraca çıxarılacaq
Bayden İran əleyhinə sanksiyaları 1 il müddətinə uzadıb
"Abivax" koronavirus dərman preparatının sınaqlarını dayandırıb
Yeni Zelandiya sahillərində həftə ərzində üçüncü güclü zəlzələ qeydə alınıb
Bayden xaricdə hərbi gücün istifadəsi siyasətini yeniləməyə razıdır
"Mançester Siti" "Atalanta"nın futbolçusu Qosenslə maraqlanır
Planet roveri "Perseverance" Mars səthində ilk məsafələrini qət edib
İtaliyada 2020-ci ildə ölüm halları 21 faiz artıb
Misirdə mikroavtobus qəzaya uğrayıb, 18 nəfər ölüb
Belçika ölkəyə giriş-çıxış məhdudiyyətlərini uzadıb
Türkiyədə son sutkada koronavirusdan 7 711 nəfər sağalıb
"Muğan Bank"ın filialının binasında yanğın olub
Somalinin paytaxtında güclü partlayış olub
ÜST: Dünyada ötən sutka koronavirusa 425 mindən çox yoluxma qeydə alınıb
Bütün xəbərlər