...

Prezident İlham Əliyev Xorvatiya Prezidentinə başsağlığı verib

Siyasət Materials 30 Dekabr 2020 22:19 (UTC +04:00)
Prezident İlham Əliyev Xorvatiya Prezidentinə başsağlığı verib

Bakı. Trend:

Prezident İlham Əliyev Xorvatiya Prezidenti Zoran Milanoviçə başsağlığı verib.

Trend-in məlumatına görə, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident.

Ölkənizdə baş vermiş zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Xorvatiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti