...

Azərbaycan Diaspor Komitəsi dünyanın hər yerində öz gücünü səfərbər edib - Naqif Həmzəyev

Siyasət Materials 31 Dekabr 2020 13:16 (UTC +04:00)
Azərbaycan Diaspor Komitəsi dünyanın hər yerində öz gücünü səfərbər edib - Naqif Həmzəyev

Bakı. Trend:

Dünya yeni təqvim ilinə qədəm qoyur. Yola saldığımız 2020-ci il dövlətimiz və xalqımız üçün tarixlərə yazılacaq bir dövr kimi qaldı. Azərbaycan xalqı 30 ilə yaxın işğalda olan tarixi torpaqlarını düşməndən azad etdi. Dünyanıın harasında yaşamasından asılı olmayaraq, milyonlarla azərbaycanlı bu haqq davasında dövlətin yanında oldu. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev hər qələbə xəbərini bəyan edəndə xalqımızın milli birliyini böyük qüruru hissi ilə vurğulayırdı. Vətən müharibəsi dönəmində Diasporla İş üzrə Dövlət Komitəsi dünyanın hər yerində öz gücünü səfərbər etdi.

Trend-in məlumatına görə, Milli Məclisin deputatı Naqif Həmzəyev açıqlamasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı fikirlərini diqqətə çatdırıb.

Deputat bildirib ki, əvvəl görülən işlərlə Fuad Muardovun komitəyə sədr təyin olunmasından sonra görülən işlər arasında fərq olduqca böyükdür.

“Bidiyiniz kimi, iyul ayında ermənilər təxribat törətdilər. Onlar Azərbaycan ərazisindən yeni torpaqlar almaq iddiasına düşdülər Bizim vətəndaşlarımız, hərbçilərimiz şəhid oldu. Lakin Azərbaycan ordusu bu təxribatın qarşısını aldı və düşmənə ağır zərbələr endirdi.

Həmin ərəfələrdə Azərbaycan Diaspor Komitəsi dünyanın müxtəlif ölkələrində öz fəallıqlarını artırdı. Azərbaycan gerçəklərinin dünyaya çatdırıması sözün əsl mənasında Azərbaycan diasporasının gücünü göstərdi. Bir şeyi nəzərinizə çatdırım ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdi ki, bir millətin iki diaspora təşkilatı olmamlıdır. Bu işdə Türk diaspora təşkilatı, türk qardaşlarımızın da, əməyi danılmazdır. Onlar da Azəbaycan həqiqətlərini dünyaya çatdırdılar.

Qeyd edə bilərik ki, illər əvvəlki Diaspora təşkilatı ilə indiki, Diaspora təşkilatının fəaliyyəti arasında böyük fərq var. Biz təkcə cəbhədə deyil, eyni zamanda informasiya müharibəsi də aparırıq. Sosial mediada bizim diaspora gənclərimiz fəallıq göstərdilər. Burada da Diaspora təşkiatının və Fuad müəllimin böyük rolu var”.

Millət vəkili eyni zamanda Azərbaycanın xaricdəki diaspor təşkilatlarının fəaliyyəti arasında da müqayisə aparıb:

“Açığı, 2018-ci ilə qədər də Diaspora təşkilatı müəyyən işlər görürdü, müəyyən uğurları var idi. Ancaq 2018-ci ildən başlayaraq Azərbaycanda islahatlar aparılmağa başladı. Gənc kadrlar məsul vəzifələrə təyin edildi. Onlardan biri də Fuad Muradov idi.

İstər-istəməz gənclərin bu vəzifələrə gətirilməsi və komitənin gəncləşdirilməsi fərqin olduğunu göstərir. Fuad Muradov bundan əvvəl mənim həmkarım olub. Fuad müəllimin yeniliyə açıq olması, hər zaman gənclərə üstünlük verməsi Diaspora fəaliyyətində də özünü göstərdi. Diaspora fəaliyyətində fərqli yanaşmalar oldu.

Bundan əvvəl bütün dəstək Azərbaycan hökümətinin maliyyəsi hesabına başa gəlirdisə, artıq bu sahədə qənaətə üstünlük verilir. İndi şəffalığa üstünlük verilir. Bütün görülən işləri Azərbaycan Diaspora Komitəsi kordinasiyalı həyata keçirir. Müxtəlif ölkələrdə mərkəzlər yaradıldı. Və bizim soydaşlarımızın təşkilatlanması üçün yeni bir model işlənilibdir.

Bu il Diaspor üzvləri, Diaspor gəncləri xüsusi fəallığı ilə seçildi. Uğurlar var. Ancaq görüləcək işlər də çoxdur. Mən düşünürəm ki, 2021-ci ildə Diaspora komitəsinin üzərinə böyük yük düşür”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti