...

Prezident İlham Əliyev: Azad edilmiş bəzi torpaqlarda hələ də mövcud olan erməni silahlı birləşmələrinin bir çoxu zərərsizləşdirlib

Siyasət Materials 31 Dekabr 2020 15:05 (UTC +04:00)
Prezident İlham Əliyev: Azad edilmiş bəzi torpaqlarda hələ də mövcud olan erməni silahlı birləşmələrinin bir çoxu zərərsizləşdirlib

Bakı. Trend:

Azad edilmiş bəzi torpaqlarda hələ də mövcud olan erməni silahlı birləşmələri Ermənistan siyasi rəhbərliyinə tabe deyillər.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Türkiyənin milli müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Gələn il bizim üçün böyük quruculuq ili olacaq, ilkin tapşırıqlar verilib. Eyni zamanda, erməni silahlı qüvvələri tərəfindən ara-sıra atəşkəs pozulur və əfsuslar olsun ki, müharibədən sonra da şəhidlərimiz var. Deyə bilərəm ki, bizdə olan məlumata görə, azad edilmiş bəzi torpaqlarda hələ də mövcud olan erməni silahlı birləşmələri Ermənistan siyasi rəhbərliyinə tabe deyillər, onların bir çoxu zərərsizləşdirlib, bir çoxu həbs edilib. Onlar müharibə əsirləri sayıla bilməz, onlar terrorçudurlar. Onlara imkan verildi. O cümlədən Rusiya sülhməramlı qüvvələri bu işlərə qoşularaq, imkan verildi ki, onlar o bölgələrdən çıxsınlar. Bu təklifə riayət edənlər çıxdılar və Ermənistan tərəfinə təhvil verildilər, ancaq bir qisim hələ də qalır və bizə qarşı terror aktları törədir. Buna baxmayaraq bütövlükdə atəşkəs saxlanılır və hesab edirəm ki, bu, noyabrın 9-dan 10-a keçən gecə imzalanmış Bəyanatın müsbət tərəfidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti