...

Somalidə terror zamanı 4 nəfər həlak olub, 1-i Türkiyə vətəndaşıdır - Türkiyə XİN

Siyasət Materials 2 Yanvar 2021 20:45 (UTC +04:00)
Somalidə terror zamanı 4 nəfər həlak olub, 1-i Türkiyə vətəndaşıdır - Türkiyə XİN

Bakı. Trend:

Somalidə Türkiyəyə məxsus inşaat firmasının işçilərinə qarşı terror aktı nəticəsində 1 Türkiyə vətəndaşı ölüb, 4 nəfər isə yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyəyə məxsus şirkətin əməkdaşlarının çalışdığı əraziyə partlayıcı quraşdırılmış motosiklet hücum edib. Biri Türkiyə vətəndaşı olmaqla 4 nəfər ölüb, 4 Türkiyə vətəndaşı isə yaralanıb: "Somalinin inkişafına töhfə verən bir türk şirkətinin işçilərini hədəf alan bu çirkin hücumu qətiyyətlə qınayırıq. Yaralananların tezliklə sağalmasını diləyirik, dost və qardaş Somali xalqının və hökumətinin yanında olduğumuzu bir daha vurğulayırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti