...

Millət vəkili Sevil Mikayılova Xudatda seçiciləri ilə görüş keçirib (FOTO)

Siyasət Materials 28 Yanvar 2021 12:42 (UTC +04:00)
Millət vəkili Sevil Mikayılova Xudatda seçiciləri ilə görüş keçirib (FOTO)

Bakı. Trend:

Milli Məclisin deputatı Sevil Mikayılova Xudat şəhərində seçicilərini qəbul edib.

Trend-in məlumatına görə, sakinlər deputata əsasən şəxsi məişət xarakterli və sosial problemlərlə bağlı müraciətlər ediblər. Bəzi məsələlər yerindəcə həll olunub, həlli zaman tələb edən digər müraciətləri S.Mikayılova nəzarətə götürdüyünü, operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyəti qurumlarla əlaqə yaradılacağını bildirib.

Görüşdə iştirak edən seçicilər onların problemlərini daim diqqətdə saxlayaraq həlli istiqamətində çalışdığı üçün millət vəkilinə təşəkkürlərini ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti