...

Samanta Pauer USAID-in rəhbəri ola bilər

Siyasət Materials 5 Fevral 2021 06:25 (UTC +04:00)
Samanta Pauer USAID-in rəhbəri ola bilər

Bakı. Trend:

Cozef Bayden Birləşmiş Millətlər Təşkilatındakı keçmiş Daimi Nümayəndəsi Samanta Pauerin namizədliyini ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri vəzifəsinə təyin edilmək üçün ölkə Senatına müzakirəyə göndərib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.

2003-cü ildə Pulitzer mükafatı laureatı, 50 yaşlı irlandiyalı Pauer 2013-2017-ci illərdə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəsi vəzifəsində çalışıb.

1961-ci ildə yaradılan USAİD ölkənin xarici yardım məsələləri sahəsində ən yüksək federal hökumət orqanıdır. Agentliyin rəhbəri və onun müavini ABŞ Senatının razılığı ilə prezident tərəfindən təyin edilir və Dövlət Departamenti ilə koordinasiyalı fəaliyyət göstərir. Agentliyin əsas fəaliyyət sahələri ticarət, kənd təsərrüfatı, səhiyyə, humanitar və iqtisadi inkişafa dəstək vermək, digər ölkələrdə münaqişələrin qarşısının alınmasında və demokratiyanın inkişafında kömək etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti