Bakı. Elçin Mehdiyev – Trend:
Milli Məclisdə azad edilmiş ərazilərdə ekoloji vəziyyətlə bağlı iclas keçiriləcək.
Trend-in məlumatına görə, fevralın 10-da keçiriləcək iclasda işğaldan azad olunmuş ərazilərdəki ekoloji vəziyyət, həmin ərazilərin inkişafı və görüləcək işlər müzakirə ediləcək.
İclas parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşkilatçılığı ilə baş tutacaq.