Cənub Qaz Dəhlizi tərəfdaşlar və bütövlükdə Avropa üçün dostluq, qardaşlıq, əməkdaşlıq körpüsüdür - Vüqar Rəhimzadə

Cənub Qaz Dəhlizi tərəfdaşlar və bütövlükdə Avropa üçün dostluq, qardaşlıq, əməkdaşlıq körpüsüdür - Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi regional və beynəlxalq əməkdaşlığın coğrafiyasının genişləndirilməsində stimulverici amil rolunu oynayır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurları bugünümüzün reallıqlarıdır. Enerji sahəsində əməkdaşlığın regional çərçivədən çıxaraq coğrafiyasını daha da genişləndirməsi Azərbaycanın artan rolunun, möhkəmlənən mövqeyinin təqdimatıdır. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihərinin uğurlu icrası nəticəsində həm iştirakçı, həm də bütövlükdə dünya dövlətlərinin uzunmüddətli iqtisadi inkişafının təmin olunması üçün geniş imkanlar yaranır.

Bu fikirləri Trend-ə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə diqqəti Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ənənəvi olaraq Bakıda keçirilən görüşlərinin növbəti 7-ci toplantısına yönəldərək bildirib ki, Cənub Qaz Dəhlizi çoxtərəfli əməkdaşlığın başlanğıcı, ən əsası bu günədək enerji sektorunda görülən işlərin zirvəsi olaraq Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qazandığı nüfuzun təsdiqidir: "2014-cü ildə bu layihənin təməli qoyuldu. Layihə uğurla, vaxtında icra edilərək 2018-ci ildə rəsmi açılışı oldu. Azərbaycan ilk dəfə olaraq belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı əhatə edən layihəyə start vermiş, onun təşəbbüskarı olmuşdur. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərdi ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır".

Baş redaktor bildirib ki, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə yanaşı, iyun ayında onun əsas tərkib hissələrindən biri olan TANAP-ın istifadəyə verilməsi dünyanın enerji xəritəsinin yenidən tərtib edilməsi istiqamətində Azərbaycanın təşəbbüslərinin dəstəklənməsi kimi dəyərləndirildi: "Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, bu layihə əməkdaşlıq və qarşılıqlı etimadın uğurudur. Ümumilikdə, Cənub Qaz Dəhlizinin icrası Azərbaycanın zəngin qaz ehtiyatlarının Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılmasına geniş imkanlar açacaq".

"Müstəqilliyin başlıca şərti olan milli təhlükəsizliyin bilavasitə enerji təhlükəsizliyindən asılı olması ilə bağlı deyilənlərin sübutu Azərbaycanın timsalında özünün aydın ifadəsini tapır" söyləyən V.Rəhimzadə qeyd edib ki, son illərdə ölkəmizin təşəbbüsü ilə reallaşan möhtəşəm enerji və nəqliyyat layihələri bu həqiqətin təsdiqidir: "Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi iri neft-qaz layihələrinin ardıcılları, Avropanın ən nəhəng enerji layihələri olan TANAP və TAP Azərbaycanın dünyanın enerji gündəmindəki mövqeyini möhkəmləndirir, ölkəmizə regional və beynəlxalq marağı daha da artırır. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-ın 2020-ci ildə başa çatdırılması nəzərdə tutulmuşdu. Baxmayaraq ki, ötən ildə dünyanın, o cümlədən Azərbaycanın əsas diqqəti koronavirus infeksiyası ilə mübarizəyə yönəlmişdi, yenə də ölkəmiz heç bir layihənin icrasını yarımçıq saxlamadı, uğurlu sonluqla başa çatdırılmasına nail oldu. 2020-ci il dekabrın 31-də TAP-ın istifadəyə verilməsi də bunun təsdiqidir. Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsində önəmi ilə fərqləndiyi kimi, həm də tərəfdaşlar, bütövlükdə Avropa məkanı üçün üçün dostluq, qardaşlıq, əməkdaşlıq körpüsüdür. Cənub Qaz Dəhlizi həm yeni yollar, həm də yeni mənbə layihəsidir".

Baş redaktor bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin hər bir toplantısı ötən bir ilin yekunlarının və yeni muəyyənləşdirilən prioritetlərin təqdimatıdır: "O da məlumdur ki, 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyulduqdan sonra bu toplantıların 2015-ci ildən ənənəvi olaraq keçirilməsinə başlanıb. 7-ci toplantı bu mənada xüsusi diqqətçəkəndir ki, artıq Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin də icrası başa çatıb, bu layihənin perspektivləri, qarşıdakı dövrdə əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılır. Uğurlarımız fonunda bu həqiqət də etiraf edilir ki, dünya birliyi üçün böyük əhəmiyyət kəsb edən qlobal layihələrin, beynəlxalq tədbirlərin reallaşması yalnız ən etibarlı və əsas tərəfdaş olan Azərbaycanın iştirakı ilə mümkündür: «Regionda dinamik inkişafı ilə liderliyini qoruyan, dünya siyasətinə təsir imkanları getdikcə genişlənən Azərbaycan daim iqtisadi əməkdaşlığın genişləndirilməsinə diqqəti artırır, region və dünya dövlətlərini bir araya gətirmək istiqamətində mühüm təşəbbüslərin müəllifi kimi çıxış edir, bu ideyaların gerçəkləşməsinə nail olur. Enerji layihələrinin müəllifi, istehsalçısı, təchizatçısı, tranzit ölkə kimi də tanınan, neft-qaz kəmərləri şəbəkəsini şaxələndirməklə dənizləri birləşdirən Azərbaycan əldə etdiyi nailiyyətlərə düşünülmüş siyasəti, beynəlxalq hüquq normalarına sadiqliyi ilə nail olur. Qarşılıqlı əməkdaşlığa, maraqlara xidmət edən bütün layihələrə böyük həssaslıqla yanaşan Azərbaycan hər zaman etibarlı tərəfdaş statusunu əməli işi ilə doğruldur".

Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, Cənub Qaz Dəhlizi layihəsi tərəfdaşlarının iştirakı ilə Bakıda keçirilən Məşvərət Şurası çərçivəsində nazirlərin bütün toplantılarında Azərbaycanın səyləri dünya enerji bazarına töhfələr verən və layihələrin şaxələndirilməsində təşəbbüskarlğı ilə fərqlənən tərəfdaş kimi dəyərləndirilir: "Hesab edirəm ki, Cənub Qaz Dəhlizinin icrası Azərbaycanın enerji diplomatiyasının növbəti təntənəsidir. Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda şübhəsiz ki, Azərbaycan qazının Avropa qitəsinə çatdırılması ölkəmizin iqtisadi qüdrətini daha da artıracaq, ölkəyə investisiya axınını gücləndirəcək. Neft-qaz ixracından əldə olunan gəlirlər regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarından irəli gələn tapşırıqların icrasına yönəldilir. Nəzərə alaq ki, İkinci Qarabağ müharibəsində Zəfərimiz Böyük Qayıdışa yol açdı. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işlərinə start verilib. Bu ərazilərin malik olduğu imkanlardan səmərəli istifadə daim öz aktuallığını qoruyan iqtisadiyyatın şaxələndirilməsini daha da sürətləndirəcək".

Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Minsk qrupu ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərini gücləndirə bilər - Rusiya XİN
Minsk qrupu ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərini gücləndirə bilər - Rusiya XİN
Loading Bars
Xəbər lenti
Bakıda iki minik avtomobili toqquşub
Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
Azərbaycan Avrasiyada miqyasına görə üçüncü qaz hasilatçısına çevriləcək - Hesabat
BMT TŞ vaksinasiya ilə bağlı qətnamə qəbul edib
Avropa Şurası Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin mandatını uzadıb
Ankaranın Atakule zirvəsi Xocalı soyqırımı şəhidlərinin xatirəsinə Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə işıqlandırılıb
Prezident İlham Əliyev: Türkiyə özü müəyyən edəcək ki, Ermənistanla sərhədlər nə zaman açıla bilər
Xocalı faciəsinin səbəblərini və günahkarlarını araşdırmaq lazımdır - Rusiyalı politoloq
Xocalı hadisələrinin şahidi öz xatirələrini bölüşüb
Xocalı Soyqırımını “Unutmadıq, unutdurmayacağıq!” (FOTO)
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanın enerji sektorunda 2 layihə reallaşdırır
Polkovnik Elxan İbrahimov öz vəzifəsindədir - Müdafiə Nazirliyi
Yalnız sıx əməkdaşlıq Cənubi Qafqaz regionunun demilitarizasiyasına xidmət edə bilər - Komitə sədri
MDU-nun tələbələri Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirib (FOTO)
Ailə kəndli təsərrüfatı üzvlərinə elektron vəsiqənin verilməsi qaydası müəyyənləşib
Azərbaycan könüllüləri dünyanı Xocalı soyqırımına səssiz qalmamağa çağırıb (FOTO)
Bu il sosial sahədə e-yeniliklərin tətbiqi daha da genişlənəcək
Dövlət başçısı hər bir sualı cavablandırdıqca, həm də müvafiq mesajlar ötürürdü - Arzu Nağıyev (VİDEO)
AXC-Müsavat cütlüyü hərbi qüvvələri öz məkrli məqsədləri üçün istifadə edirdi - Deputat
Azərbaycan Prezidenti: Bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar
Kişinyov şəhərində Xocalı soyqırımının qurbanları yad edilib
Prezident İlham Əliyev: Rusiya və Azərbaycan dost ölkələrdir
Alman alim Xocalı qətliamından yazıb
Prezident İlham Əliyev: Ermənistandakı böhran, orada siyasi mübarizənin nəticələri bizim planlarımıza təsir edə bilməz
Azərbaycan Prezidenti: Monitorinq Mərkəzi post-müharibə dövrü üçün çox önəmli bir alət olaraq fəaliyyət göstərəcək
Prezident İlham Əliyev: Xocalı soyqırımı törədiləndə dünya susmuşdu
NATO-nun mənzil-qərargahında Xocalı soyqırımını anım tədbiri keçirilib (FOTO)
Şuşada Xocalı qurbanları yad edilib (VİDEO)
Azərbaycandan Türkiyəyə qaz tədarükü 19 faiz artıb
Ədliyyə orqanlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
İordaniyada Xocalı soyqırımı ilə əlaqədar anım gecəsi keçirilib (FOTO)
“Xocalı - faciədən doğan intiqam” adlı tədbir keçirilib (FOTO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Rektor Şahin Bayramov Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı açıqlama verib
Xocalı soyqırımı - insanlığa qarşı amansız terror!
Ankarada Xocalı soyqırımına həsr olunan anım mərasimi keçirilib
Gənclər təşkilatları “Ana harayı” abidəsini ziyarət etdi (FOTO)
Xocalı soyqırımı dünya mediasında geniş işıqlandırılıb
Estoniyadan diri quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət tətbiq olundu
Ermənilər hamilə əmim qızını öldürdülər - Faciədə hər iki valideynini itirən Xocalı şahidi
ADU-nun Tərcümə fakültəsində “Xocalı soyqırımından Qarabağ zəfərinə” adlı tədbir keçirilib
"ADY Container" MMC Türkmənistandan Türkiyəyə kükürd daşıyır
Azərbaycanda çay plantasiyalarının güzəştli sığortası başlayıb
Bu mətbuat konfransı Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti əzəmətli qələbəsidir - Hikmət Hacıyev
Baş İdarə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib
Qazaxıstan və Azərbaycan “Satti” qurğusunun quyu qazması barədə razılıq əldə edib
Milli Məclisdə Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi təşkil olunub
Azərbaycan Prezidenti: Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur, amma hər şeyin öz vaxtı, öz yeri var
AzTU tələbələri işlə təmin etmək üçün taksi xidməti yaratdı
Tbilisidə Xocalıya həsr edilmiş anım mərasimi və fləşmob təşkil edilib (FOTO)
AMEA-da virtual laboratoriyalar yaradıla bilər
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
Türkiyə gəncləri ‘XOCALIYA ƏDALƏT’ tələb edir (FOTO)
AHİK Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı
Azercell ilə TikTok indi daha əlçatandır!
Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş videokonfrans keçirildi (FOTO)
Bütün ölkədə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub (FOTO)
Ermənistan prezidenti Paşinyana qarşı çıxdı: Baş qərargah rəisi vəzifəsində qalır
Azərbaycan Prezidenti: Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir
Azərbaycan könüllüləri Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat veriblər
Prezident İlham Əliyev: Azərbaycana xoş gəlmisiniz plakatı nəyə görə Ermənistanda hər hansı bir qıcıq doğurur
Azərbaycan iqlim dəyişmələri ilə mübarizə üçün plan hazırlayır
Prezident İlham Əliyev: 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır
Varşavada Xocalıya həsr olunmuş məlumatlandırma aksiyası təşkil edilib (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Xocalı həqiqətləri Avropanın nüfuzlu media orqanında
Azərbaycan Prezidenti: Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz, bunlar terrorçu və təxribatçılardır
Bizi Qarabağdakı əsas tapşırıqdan heç nə yayındırmamalıdır - Mariya Zaxarova
Dövlətimiz şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir - Deputat
Yeni və təcrübəsi az olan nəzarətçi-müəllimlər üçün seminar-məşğələləri yekunlaşıb
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "www.khojalytoday.com" saytı təqdim edilib (FOTO/VİDEO)
Diaspor təşkilatı Avstriyanın Federal kanslerini Xocalı soyqırımını tanımağa çağırıb
ABŞ-ın Sanni Ayles Biç şəhərində 26 fevral tarixi Xocalının anım günü elan edilib (FOTO)
Baş Prokurorluğun nümayəndələri beynəlxalq tədbirə qatılıb
Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə etdi
Dinc sakinlərə qarşı aqressiya bunu törədənin zəifliyinin göstəricisidir - Rusiyalı ekspert
Danimarka rəsmilərinin diqqəti Xocalı soyqırımına cəlb edilib
“Muğanbank” ASC-nin reytinqləri üzrə proqnoz yenidən baxılaraq, “Neqativ”-dən “Stabil”-ə dəyişdirilmişdir
Portuqalıya kinoşirkəti “STORY of KHOJALI” adlı film ekranlaşdırıb (VİDEO)
Azərbaycanda 180 nəfər COVID-19-dan sağalıb, 219 nəfər yoluxub, 4 nəfər vəfat edib
Qəbələdə ağac kəsən şəxs cəzalandırılıb
Srebrenitsa anaları Ağdamda olublar (FOTO)
Əfv komissiyası hansı müraciətlərə baxıb?
Xocalı faciəsinin 29-cu ildönümü Bolqarıstanda anılıb (FOTO)
Şirvanda qadını öldürməkdə şübhəli bilinən şəxslər tutuldu
Azərbaycan və Pakistan diaspor gənclərinin əməkdaşlıq perspektivləri müzakirə edilib
Naqif Həmzəyev “A Haber” televiziya kanalında Xocalı soyqırımından danışıb (FOTO/VİDEO)
Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib (FOTO)
“Azərsun Holdinq” Xocalı faciəsini yad edib (FOTO)
ADU-nun Çinşünas tələbələri Xocalı faciəsini yad edib (FOTO)
Prezident İlham Əliyev 4 saatdan çox davam edən konfransda 50-yə yaxın sualı cavablanıdırb
Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə 304 erməni axtarışa verilib - Baş prokuror
Azərbaycan Prezidenti: Təəssüf ki, vaksinlər dünya ölkələri arasında ədalətli bölünmür
Prezident İlham Əliyevin bir neçə dildə danışması xarici jurnalistləri təəccübləndirib: Rekorda imza atdınız (VİDEO)
“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Seulda silsilə tanıtım və məlumatlandırma aksiyaları davam etdirilib (FOTO)
Xocalıda cinayətlərin törədilməsində günahkar olan hər kəs ədalətli cəzasını almalıdır - Ukraynalı ekspert
Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda və regionlarda ağaclar əkilib (FOTO)
Vətəndaşlar "Ana harayı" abidəsini ziyarət edirlər (FOTOREPORTAJ)
İranda ötən sutkada 69 nəfər koronavirusdan ölüb
Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinlərinin növbəti görüşünün vaxtı açıqlanıb
Bütün xəbərlər