...

Heydər Əliyev adına AAHM-in kursantları üçün seminar təşkil olunub (FOTO)

Siyasət Materials 12 Fevral 2021 17:47 (UTC +04:00)
Heydər Əliyev adına AAHM-in kursantları üçün seminar təşkil olunub (FOTO)

Bakı. Trend:

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları üçün “Silahlı münaqişələrdə medianın rolu” mövzusunda seminar təşkil olunub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, seminarda peşəkar jurnalistlər silahlı münaqişələrdə medianın rolu, hərbi əməliyyatların informasiya təminatı, informasiya qarşıdurmasının əhəmiyyəti, döyüş əməliyyatları zamanı hərbi qulluqçularla media nümayəndələri arasında qarşılıqlı əlaqələr və birgə fəaliyyətlərin təşkili, o cümlədən dezinformasiya və feyk xəbərlərin psixoloji təsiri mövzularında mühazirələr oxuyublar.

Kursantlara döyüş əməliyyatları zamanı mediadan yararlanmağın, məlumatı auditoriyaya çatdırmağın alternativ variantları açıqlanıb, bu istiqamətdə KİV nümayəndələri ilə iş üsulları haqqında məlumat verilib, eləcə də medianın resursları, onların üstün və zəif cəhətləri təhlil edilib.

Seminar panel müzakirələrlə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti