Mediada zəruri islahatlar: Yenilikçi, yaradıcı, qərəzsiz medianın formalaşması üçün nələr edilməlidir? – ŞƏRH

Mediada zəruri islahatlar: Yenilikçi, yaradıcı, qərəzsiz medianın formalaşması üçün nələr edilməlidir? – ŞƏRH

Bakı. Trend:

Mediada islahatların zəruriliyi barədə daha öncə də yazmışam. Bu baxımdan, bir sıra məqamlarla, xüsusilə də “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun media sektorunda yaranmış çağırışlara cavab verməməsi, medianın göz önündə olan durumu ilə bağlı məsələlərin təfərrüatına varmayacağam. Görünən dağa bələdçi lazım deyil.

Son zamanlar medianın problemləri kontekstində, ümumi şəkildə, detallarına varılmadan müzakirəyə çıxarılan məsələlər, əsasən şəffaflığın təmin edilməsi, azad rəqabət mühitinin formalaşdırılması və reklam bazarının inkişafı ilə bağlıdır. Şeytansa hər zaman olduğu kimi detallarda gizlənir. Təkrar biliyin anasıdır, bilirəm. Və bu səbəbdən 2006-cı ildən başlayaraq, az qala media ilə bağlı hər müzakirədə dediklərimi yenidən təkrarlamaqla, əsas hədəfimə yol almaq niyyətindəyəm:

Şübhəsiz ki, qeyd etdiyim istiqamətlərdə şəffaflığın təmin olunması üçün ictimai nəzarətin əsas mexanizmlərindən biri kimi medianın rolu artırılarsa, onun hüquqi baxımdan müdafiəsi, qanunlar çərçivəsində himayə olunması təmin edilərsə, eləcə də medianın maliyyə mənbələrinin müstəqilliyi təmin olunarsa, o zaman şəffaflaşdırma prosesinin paralel şəkildə aparılması və konkret nəticələrə varılması mümkündür.

Reklam bazarının inkişafına gəldikdə isə, bu proses bazar iqtisadiyyatının təbii qanunları əsasında baş verməlidir. Yəni ilk növbədə iqtisadiyyatın liberallaşdırılması prosesi başa çatdırılmalı, inhisarçılıq və onun yaradan hallar aradan qaldırılmalı, azad və ədalətli rəqabət mühiti formalaşdırılmalı, hakimiyyətin qolları arasındakı sərhədlər dəqiq şəkildə müəyyənləşdirilməlidir. Bu uzun və gərgin əmək tələb edən bir prosesdir və ölkədə həyata keçirilən islahatların ümumi temporitminə uyğun olaraq, mediada həyata keçirilən islahatlar da öz effektiv nəticəsini verəcək. Təbii ki, indi bütün peşəkarlar üçün prioritet olan məsələ müasir, yenilikçi, yaradıcı, güclü, siyasiləşməmiş, qərəzsiz medianın formalaşdırılmasıdır.

Bunun yolu isə medianın maliyyə mənbələrinin müstəqilliyinin təmin edilməsindən, onun iqtisadi münasibətlər sisteminin bərabərhüquqlu subyektinə çevrilməsindən keçir. İndisə jurnalistlərin peşə fəaliyyətinə maneə yaradan bir sıra problemlərdən söz açmaq istəyirəm. Problemlərdən biri media subyektlərinin təsnifatının müasir reallıqlara cavab verməməsi, vahid uçot-qeydiyyat sisteminin olmaması ilə bağlıdır.

Bu sahədə hökm sürən xaos mövcud qanunvericilik çərçivəsində hərəkət edən, peşə etikasına uyğun davranan peşəkar jurnalistləri də çətin duruma salır, media subyektlərinin bir çox istiqamətlərdə, o cümlədən informasiyaların əldə edilməsində çoxsaylı problemlərlə qarşılaşmasına zəmin yaradır. Bu sahədə olan problemlərin aradan qaldırılması üçün beynəlxalq təcrübəyə, o cümlədən qardaş Türkiyənin, yaxud dost Ukraynanın təcrübəsinə müraciət etmək olar. Məsələn, Türkiyədə jurnalistlərə verilən vahid “mətbuat vəsiqəsi” (basın kartı) onlara bir sıra üstünlüklər gətirir: İlk növbədə onların peşəkar jurnalistika ilə məşğul olmaları dövlət tərəfindən rəsmən tanınır, qəbul edilir. Digər tərəfdən vahid “mətbuat vəsiqəsi” alan jurnalistlər ictimai nəqliyyatdan ödənişsiz istifadə edir, muzeylərə, qalereyalara, ictimai, siyasi, mədəni tədbirlərin həyata keçirildiyi məkanlara ödənişsiz daxil olur, gün ərzində ölkədə keçiriləcək mühüm tədbirlər haqqında öncədən məlumat almaq imkanı qazanırlar...

Bununla yanaşı, “basın kartı” qardaş ölkənin media mənsublarına poçt şöbələrində teleqraf, faks, telefon, teleks və buna bənzər vasitələrdən növbəsiz və endirimli qiymətlərlə istifadə etmək imkanı verir. “Basın kartı”nın üstünlüklərindən biri də sahiblərinə dövlət tədbirlərində, milli və ya beynəlxalq müsabiqələrdə, mətbuat konfranslarında və digər bu kimi toplantılarda polis əməkdaşlarının verdiyi təlimatlara uyğun olaraq, növbəsiz park etmə, durma, dayanma və sərbəst keçiş imkanı yaratmasıdır.

Qeyd edim ki, qardaş ölkədə “basın kartı” Türkiyə Prezident Administrasiyası tərəfindən müəyyən edilən qaydaları yerinə yetirən jurnalistlərə Media Kartları Komissiyası tərəfindən verilir. Bu kartlar sahiblərinin həqiqətən də jurnalist olduqlarını təsdiqləməklə yanaşı, “kimlik kartı” (şəxsiyyət vəsiqəsi) əvəzinə də istifadə olunur. Xatırladım ki, artıq Ukraynada da vahid jurnalist vəsiqələrinin tətbiqi ilə bağlı müvafiq addımlar atılır və bununla bağlı hazırlanan layihə 2020-ci ilin əvvəllərindən etibarən ictimai müzakirəyə çıxarılıb. Ukraynada vahid “mətbuat vəsiqəsi” “Peşəkar jurnalistin milli mətbuat vəsiqəsi”, yaxud qısaca “Milli mətbuat vəsiqəsi” adlanır. Vəsiqənin verilməsi prinsipi, təxminən Türkiyə ilə eynidir. Amma Ukraynada hazırlanan layihəyə əsasən, “Milli Mətbuat Vəsiqəsi” almaq istəyənlərin müraciətinə “Etika komissiyası”nın rəyinə əsasən baxılacaq.

Yəni vəsiqə verilərkən, jurnalistin faəliyyətdə olduğu müddətdə peşə etikasına əməl etməsi əsas götürüləcək. Onu da qeyd edim ki, bəzi şəxslər Azərbaycanda media subyektlərinin vahid reyestri və vahid jurnalist kartlarının verilməsi ilə bağlı aparılan müzakirələri, az qala söz və fikir azadlığına tətbiqi nəzərdə tutulan məhdudiyyətlər kimi yanaşırlar. Halbuki, vahid jurnalist vəsiqələrinin tətbiqi ilə bağlı müzakirələrdə, bunun məcburi qaydada həyata keçirilməsi ilə bağlı heç bir fikir səsləndirilməyib. Şübhəsiz ki, vahid Media Reyestrində qeydiyyat və vahid jurnalist kartlarının əldə olunması könüllülük prinsipi əsasında həyata keçiriləcək. Qeydiyyata düşmək və vahid jurnalist vəsiqəsi almaq istəməyənlər isə, dövlətin müəyyənləşdirdiyi imtiyazlardan istifadə edə, jurnalistlərin sosial müdafiəsinə yönəlmiş tədbirlərdən faydalana bilməyəcəklər.

Elçin Mirzəbəyli

əməkdar jurnalist, siyasi ekspert

Xalq Cəbhəsi qəzetinin baş redaktoru

"Twitter"in işində nasazlıq yaranıb
"Twitter"in işində nasazlıq yaranıb
Azərbaycanda süni intellekt sahəsində beynəlxalq konfrans keçiriləcək
Azərbaycanda süni intellekt sahəsində beynəlxalq konfrans keçiriləcək
“AzInTelecom” “Sizin plan B: Biznesin davamlılığı” adlı onlayn konfrans keçirib
“AzInTelecom” “Sizin plan B: Biznesin davamlılığı” adlı onlayn konfrans keçirib
Loading Bars
Xəbər lenti
UEFA bu gün AVRO-2020 oyunlarına ev sahibliyi edəcək şəhərləri təsdiq edəcək
Rusiya XİN 20 çexiyalı diplomatı "persona non-qrata" elan edib
Parataekvondoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak edəcəklər
Türkiyədə son sutkada koronavirusdan 43 856 nəfər sağalıb
Heydər Əliyev prospektində qəza olub (FOTO)
Üzgüçülərimiz hazırlıq mərhələsində yaxşı nəticələr göstəriblər
Dünyada koronavirusa yoluxanların sayı 140 milyonu ötüb
İraqda hərbi baza raket hücumuna məruz qalıb
Cüdoçularımız Avropa çempionatını iki bürünc medalla başa vurublar
Türkiyə sahillərində 4,2 bal gücündə zəlzələ olub
İki paraatletimiz İtaliyada qızıl medal qazandı
Britaniyada koronavirusa yoluxanların sayı 4,38 milyon nəfəri ötüb
Myanmada toqquşmalarda ölənlərin sayı 737-ə çatıb
Futbol üzrə İtaliya çempionatı: "Atalanta" "Yuventus"a qalib gəldi
“YAŞAT” Fondunun əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər
Tayvanda iki güclü zəlzələ baş verib
Bakıda ikimərtəbəli ev yanıb
Misirdə qatar qəzasında 100-ə yaxın sərnişin xəsarət alıb
Formula-1 Qran Prisinin Mayamidə keçiriləcəyi razılaşdırıldı
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
NASA helikopterinin Marsda ilk uçuşu aprelin 19-na planlaşdırılıb
Azərbaycanda 2 144 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Qarabağa aid sənədli film istehsal olunub (FOTO)
Ombudsman Səbinə Əliyeva 3-cü “Fərqli Fərdlər” Konqresində iştirak edib (FOTO)
İsmayıllıda COVİD-19 xəstəsi bazarda aşkarlanıb
Suriya prezident seçkilərinin vaxtını təyin edildi
Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib
Adobe şirkətinin təsisçisi və PDF formatının yaradıcısı Çarlz Geşke vəfat edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyyətinin zoom vasitəsilə XIX toplantısı keçirilib
İranda koronavirusa yoluxanların sayı 2,2 milyona çatıb
Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
Rusiyada son sutkada koronavirusdan 389 nəfər ölüb
Çexiya 18 rus diplomatının ölkədən çıxarır
Ağdam rayonunun Saybalı kəndi (VİDEO)
Gürcüstanda koronavirusa daha 818 nəfər yoluxub, 793 nəfər ölüb
ABŞ-da naməlum şəxs yas mərasimində atəş açıb, ölən var
Sabahın hava proqnozu açıqlanıb
Ağdamda minaya düşən şəxslə bağlı araşdırma aparılır
İranda güclü zəlzələ qeydə alınıb
Xızı rayonunda sursat aşkar edilib (FOTO)
Qubadlı rayonunun Tarovlu kəndi (VİDEO)
Azərbaycan XİN 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb
Ağdam sakini minaya düşüb (FOTO)
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib
Cüdo üzrə Avropa çempionatı: 4 idmançımız mübarizəyə başlayır
Samuxda “Təmiz hava” aylığı ilə əlaqədar reyd keçirilib (FOTO)
Qubada ev və ona bitişik tikili yanıb
Daha 2 boksçumuz dünya birinciliyində 1/4 finala vəsiqə qazanıb
Dünyada koronavirusa yoluxanların sayı 139 milyonu ötüb - ÜST
Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib
Ekvadorda prezident seçkilərinin ikinci turunda Qilyerme Lasso qalib gəlib
AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
ABŞ-da naməlum şəxs ticarət mərkəzində atəş açıb
Fransa bəzi ölkələrdən gələn qonaqlar üçün karantin tətbiq edib
Gürcüstanda 4,5 bal gücündə zəlzələ baş verib
İspaniya Kuboku: "Atletik" klubu bir ay ərzində ikinci dəfə finalda məğlub olub
Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub
Türkiyədə son sutkada koronavirusdan 52 184 nəfər sağalıb
İngiltərə Kuboku: "Çelsi" "Mançester Siti"ni məğlub edərək finalına çıxıb
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Türkiyə sahillərində zəlzələ qeydə alınıb
Özbəkistan ilin sonuna qədər COVID-19-a qarşı öz peyvəndinin istehsalına başlaya bilər
"Bavariya"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayıb
Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatıb
Böyük Britaniyada şahzadə Filipin dəfn mərasimi keçirilib
Sabirabadda ikimərtəbəli ev yanıb
"Twitter"in işində nasazlıq yaranıb
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır (VİDEO)
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Baş Prokurorluq və DİN birgə məlumat yayıb
Şirkət rəhbəri külli miqdarda dələduzluğa görə həbs edildi
Azərbaycanda bu sahələrdə daha yüksək maaş verilir
Ermənistan yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir - Deputat
Azərbaycanda qaz hasilatı artıb
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bakıda quldurluq: Pizza şirkətinin əməkdaşını hədələyib 500 manatını aldılar (VİDEO)
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edib (FOTO)
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
İranda ötən sutka 21 min nəfər koronavirusa yoluxub, 319 nəfər ölüb
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib (FOTO/VİDEO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi (VİDEO)
Xətaidə kafeyə gedən, orada insanlarla görüşən koronavirus xəstəsi saxlanılıb (VİDEO)
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Fərman imzalanıb
İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)
Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)
Ermənilər Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib - Alban-Udi icmasının rəhbəri (VİDEO)
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb (FOTO)
İran Azərbaycana ticarət attaşesi göndərir
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkı tikilir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Toyvo Klaar separatçı ilə görüş qərarı verərkən beynəlxalq hüququn prinsiplərini əsas götürməli idi - Ukraynalı ekspert
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlandı (FOTO/VİDEO)
BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb - Şoyqu
Bütün xəbərlər