Xocalı soyqırımı qurbanlarının ruhu dünyanı haqqın səsinə səs verməyə çağırır - Vüqar Rəhimzadə

Xocalı soyqırımı qurbanlarının ruhu dünyanı haqqın səsinə səs verməyə çağırır - Vüqar Rəhimzadə

Bakı. Trend:

XX əsrin ən dəhşətli soyqırımı olan Xocalı faciəsindən 29 il ötür. İllər keçdikcə faciənin başvermə səbəbləri, əsl mahiyyəti daha aydın şəkildə üzə çıxır, dünya ictimaiyyətinə bu dəhşətli qətliamın düzgün dəyərləndirilməsinə bir çağırış edilir. Uca səslə bütün sivil dünyaya bəyan edilir ki, erməni şovinist dairələrinin tarixin ayrı-ayrı dövrlərində azərbaycanlılara qarşı öz dədə-baba torpaqlarımızda həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı ilə bağlı həqiqətlər susqunluqla qarşılanmamalı, insanlıq əleyhinə yönəldilmiş bu ağır hərbi cinayət beynəlxalq səviyyədə öz hüquqi-siyasi qiymətini almalıdır. Erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olan bu qətliam bəşər tarixində görünməmiş dəhşətləri ilə yadda qalan Xatın, Sonqmi, Ruanda kimi soyqırımlarla eyni sırada dayanır. Bir gecədə ermənilərin və keçmiş SSRİ ordusunun 366-cı motoatıcı diviziyasının başıpozuq hərbçilərinin iştirakı ilə dağıdılan, yandırılan, silahsız, günahsız əhalisi ucdantutma qətlə yetirilən Xocalı faciəsi əsl soyqırımı aktıdır. Hadisələrin mahiyyətində ötən əsrin 80-90-cı illərində keçmiş ittifaqa rəhbərlik edən ermənipərəst Mixail Qorbaçovun Sovet İttifaqında yenidənqurma və aşkarlıq adı altında həyata keçirdiyi siyasətin daşnakların növbəti deportasiya və soyqırımlarını gerçəkləşdirməsinə yaratdığı imkanlar dayanır. SSRİ-ni dağıtmaq üçün zəif halqa kimi seçilən millətlərarası qarşıdurma yaratmaq planı ermənilərin istəyi və bədnam Qorbaçov kimilərinin havadarlığı ilə Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağda gerçəkləşdirildi. Faciənin qarşısının alınması üçün həmin dövrdə ölkəmizə başçılıq edən şəriştəsiz və antimilli “rəhbərlər” də zəruri tədbirləri görmədilər, hətta faciə haqqında real məlumatlar ictimaiyyətdən gizlədildi.

Bu fikirləri Trend-ə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, bir gecədə 613 nəfər dinc əhalinin, o cümlədən 63 uşağın, 106 qadının vəhşicəsinə qətlə yetirilməsi, 1257 nəfər Xocalı sakininin ermənilər tərəfindən əsir alınmasına, təhqirlərə, əzab-əziyyətlərə məruz qalmasına bu günədək dünyanın göz yumması birmənalı qarşılana bilməz: “Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar maraqlarından irəli gələn erməni sevgisini bir kənara qoyub hadisələrə düzgün yanaşsalar, tarixi faktlara müraciət etməyə, araşdırmalar aparmağa maraq göstərsələr Azərbaycan xalqının son 200 ildə erməni daşnak-şovinistləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qaldıqlarını görməklə yanaşı, bu qanlı hadisələrə hüquqi-siyasi qiymət vermək haqqında düşünərlər. Amma özünü sivil adlandıran dünya birliyi, nüfuzlu beynəlxalq təşkilatlar unudurlar ki, bir cinayətin cəzasız qalması digər cinayətlərə əsas verir. Ermənilərin illərdir “böyük Ermənistan” sevdasından qaynaqlanan ssenarilərinə uyğun olaraq 1988-ci ildə yenidən baş qaldıran torpaq iddiası nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi alovlanmışdır. Dünyanın bir sıra dövlətləri 30 ilə yaxın müddətdə işğalçı dövlətə dəstəkləri ilə ona vaxt qazanmağa yardımçı oldular. Lakin onlar danışıqların imitasiya naminə aparıldığını pərdələməyə çalışsalar da həqiqəti gizlətməyin mümkünsüzlüyünü 44 günlük İkinci Qarabağ müharibəsinin gedişində gördülər. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu yeni tarix yazaraq regionu, ümumilikdə dünyanı erməni faşizmindən xilas etdi. İşğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər yeni reallıqlarla barışmaq məcburiyyətində qaldılar. Məhz bu qətiyyət, yenilməz siyasi iradə sayəsində bu gün artıq diktə edən tərəf Azərbaycandır.”

Baş redaktor bildirib ki, XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsinə hüquqi-siyasi qiyməti müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev verib: “Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xocalı faciəsinin ildönümlərində Azadlıq meydanından Xocalı abidəsinə qədər yüz minlərlə insanın iştirakı ilə yürüşün təşkil olunması faciəmizin unudulmadığını, daim xalqımızın yaddaşında, ən əsası onun soyqırımı kimi tanıdılmasının qarşımızda dayanan əsas vəzifə olduğunu bir daha dünya ictimaiyyətinə çatdırır. Möhtərəm Prezidentimiz İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın birgə fəaliyyətləri nəticəsində bu istiqamətdə mühüm işlər görülüb və görülməkdə davam edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2008-ci ildə başlatdığı “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da bu istiqamətdə görülən işlərə çox mühüm dəstəkdir.”

V.Rəhimzadə qeyd edib ki, hazırda Xocalı soyqırımının bütün dünyada tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib: “Xocalıya ədalət!” kampaniyasının məqsədi Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanmış ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaqdır. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımlarını pisləyir, yolverilməz olduğunu bildirirlər. Təəssüf ki, bütün bunlar kağız üzərində əksini tapan reallıqlardır. Əsas olan bəyanatlardan əməli fəaliyyətə keçilməsi, Xocalı faciəsini törədənlərin beynəlxalq məhkəmə qarşısında cavab verməsidir. Azərbaycan necə ki 44 günlük İkinci Qarabağ müharibəsində dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində təkbaşına 30 ilə yaxın dövrdə kağız üzərində qalmış qərar və qətnamələri icra edərək dünyaya siyasi iradəsini, yenilməzliyini çatdırdı, eləcə də Xocalı soyqırımını törədənlərin beynəlxalq məhkəmə qarşısında cavab verəcəklərinə və layiqli cəzalarını alacaqlarına nail olacaq. O gün mütləq gələcək!”

Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Loading Bars
Xəbər lenti
Parataekvondoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak edəcəklər
Türkiyədə son sutkada koronavirusdan 43 856 nəfər sağalıb
Heydər Əliyev prospektində qəza olub (FOTO)
Üzgüçülərimiz hazırlıq mərhələsində yaxşı nəticələr göstəriblər
Dünyada koronavirusa yoluxanların sayı 140 milyonu ötüb
İraqda hərbi baza raket hücumuna məruz qalıb
Cüdoçularımız Avropa çempionatını iki bürünc medalla başa vurublar
Türkiyə sahillərində 4,2 bal gücündə zəlzələ olub
İki paraatletimiz İtaliyada qızıl medal qazandı
Britaniyada koronavirusa yoluxanların sayı 4,38 milyon nəfəri ötüb
Myanmada toqquşmalarda ölənlərin sayı 737-ə çatıb
Futbol üzrə İtaliya çempionatı: "Atalanta" "Yuventus"a qalib gəldi
“YAŞAT” Fondunun əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər
Tayvanda iki güclü zəlzələ baş verib
Bakıda ikimərtəbəli ev yanıb
Misirdə qatar qəzasında 100-ə yaxın sərnişin xəsarət alıb
Formula-1 Qran Prisinin Mayamidə keçiriləcəyi razılaşdırıldı
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
NASA helikopterinin Marsda ilk uçuşu aprelin 19-na planlaşdırılıb
Azərbaycanda 2 144 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Qarabağa aid sənədli film istehsal olunub (FOTO)
Ombudsman Səbinə Əliyeva 3-cü “Fərqli Fərdlər” Konqresində iştirak edib (FOTO)
İsmayıllıda COVİD-19 xəstəsi bazarda aşkarlanıb
Suriya prezident seçkilərinin vaxtını təyin edildi
Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib
Adobe şirkətinin təsisçisi və PDF formatının yaradıcısı Çarlz Geşke vəfat edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyyətinin zoom vasitəsilə XIX toplantısı keçirilib
İranda koronavirusa yoluxanların sayı 2,2 milyona çatıb
Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
Rusiyada son sutkada koronavirusdan 389 nəfər ölüb
Çexiya 18 rus diplomatının ölkədən çıxarır
Ağdam rayonunun Saybalı kəndi (VİDEO)
Gürcüstanda koronavirusa daha 818 nəfər yoluxub, 793 nəfər ölüb
ABŞ-da naməlum şəxs yas mərasimində atəş açıb, ölən var
Sabahın hava proqnozu açıqlanıb
Ağdamda minaya düşən şəxslə bağlı araşdırma aparılır
İranda güclü zəlzələ qeydə alınıb
Xızı rayonunda sursat aşkar edilib (FOTO)
Qubadlı rayonunun Tarovlu kəndi (VİDEO)
Azərbaycan XİN 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb
Ağdam sakini minaya düşüb (FOTO)
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib
Cüdo üzrə Avropa çempionatı: 4 idmançımız mübarizəyə başlayır
Samuxda “Təmiz hava” aylığı ilə əlaqədar reyd keçirilib (FOTO)
Qubada ev və ona bitişik tikili yanıb
Daha 2 boksçumuz dünya birinciliyində 1/4 finala vəsiqə qazanıb
Dünyada koronavirusa yoluxanların sayı 139 milyonu ötüb - ÜST
Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib
Ekvadorda prezident seçkilərinin ikinci turunda Qilyerme Lasso qalib gəlib
AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
ABŞ-da naməlum şəxs ticarət mərkəzində atəş açıb
Fransa bəzi ölkələrdən gələn qonaqlar üçün karantin tətbiq edib
Gürcüstanda 4,5 bal gücündə zəlzələ baş verib
İspaniya Kuboku: "Atletik" klubu bir ay ərzində ikinci dəfə finalda məğlub olub
Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub
Türkiyədə son sutkada koronavirusdan 52 184 nəfər sağalıb
İngiltərə Kuboku: "Çelsi" "Mançester Siti"ni məğlub edərək finalına çıxıb
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Türkiyə sahillərində zəlzələ qeydə alınıb
Özbəkistan ilin sonuna qədər COVID-19-a qarşı öz peyvəndinin istehsalına başlaya bilər
"Bavariya"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayıb
Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatıb
Böyük Britaniyada şahzadə Filipin dəfn mərasimi keçirilib
Sabirabadda ikimərtəbəli ev yanıb
"Twitter"in işində nasazlıq yaranıb
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır (VİDEO)
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Baş Prokurorluq və DİN birgə məlumat yayıb
Şirkət rəhbəri külli miqdarda dələduzluğa görə həbs edildi
Azərbaycanda bu sahələrdə daha yüksək maaş verilir
Ermənistan yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir - Deputat
Azərbaycanda qaz hasilatı artıb
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bakıda quldurluq: Pizza şirkətinin əməkdaşını hədələyib 500 manatını aldılar (VİDEO)
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edib (FOTO)
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
İranda ötən sutka 21 min nəfər koronavirusa yoluxub, 319 nəfər ölüb
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib (FOTO/VİDEO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi (VİDEO)
Xətaidə kafeyə gedən, orada insanlarla görüşən koronavirus xəstəsi saxlanılıb (VİDEO)
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Fərman imzalanıb
İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)
Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)
Ermənilər Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib - Alban-Udi icmasının rəhbəri (VİDEO)
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb (FOTO)
İran Azərbaycana ticarət attaşesi göndərir
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkı tikilir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Toyvo Klaar separatçı ilə görüş qərarı verərkən beynəlxalq hüququn prinsiplərini əsas götürməli idi - Ukraynalı ekspert
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlandı (FOTO/VİDEO)
BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb - Şoyqu
Alban-Udi xristian dini icmasının üzvləri Tuğdakı qədim alban məbədində – Trend TV-nin REPORTAJI
Rusiyada bir gündə 398 nəfər koronavirusdan ölüb
Bütün xəbərlər