...

Qarabağla bağlı razılaşmalar icra olunur - Peskov

Siyasət Materials 26 Fevral 2021 14:33 (UTC +04:00)
Qarabağla bağlı razılaşmalar icra olunur - Peskov

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiya hələlik Qarabağda hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli razılaşmaların icrasına hər hansı bir təhdid görmür.

Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Qarabağla bağlı razılaşmalar icra olunmaqdadır.

D.Peskov əlavə edib ki, Ermənistanda baş verən hadisələrə baxmayaraq, əldə olunan razılaşmalara əməl etmək vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti