Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası başlayıb.
Trend-in məlumatına görə, iclasda əfvlə bağlı yeni müaraciətlərə baxılır.
Qeyd edək ki, yeni müraciətlərə baxmaq üçün komissiyanın 7 iclası keçirilib və daxil olan müraciətlərin 750-dən çoxuna baxılıb.
İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.