...

Ombudsman Aparatının rəhbəri BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin onlayn iclasında iştirak edib

Siyasət Materials 15 Aprel 2021 15:43 (UTC +04:00)
Ombudsman Aparatının rəhbəri BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin onlayn iclasında iştirak edib

Bakı. Trend:

BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsi 32-ci sessiyası çərçivəsində dövlət və digər maraqlı tərəflərin iştirakı ilə qeyri-rəsmi onlayn iclas təşkil edib. Komitənin üzvləri və müxtəlif ölkələrdən nümayəndələrin iştirak etdiyi iclasda miqrantların, o cümlədən əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının səmərəli təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Ombudsman Aparatından Trend-ə bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı həmin iclasda iştirak edərək, Ombudsman təsisatının bu sahədə təcrübəsi barədə çıxış edib. A.Səfixanlı COVID-19 pandemiyası dövründə miqrantların hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Ombudsmanının həyata keçirdiyi fəaliyyət barədə iştirakçıları məlumatlandırıb. Bu müddət ərzində həssas əhali qruplarının hüquqlarının səmərəli təmin edilməsinə xüsusi diqqət yetirilməsi ilə bağlı Ombudsman tərəfindən müraciət və təkliflər hazırlandığı diqqətə çatdırılıb.

Ombudsman Aparatının rəhbəri bu istiqamətdə dövlət qurumları tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin tibbi, sosial xidmətlərə əlçatanlığının təmin edilməsi ilə bağlı xüsusi tədbirlər həyata keçirildiyini bildirib. O qeyd edib ki, pandemiyanın yeni yayılmağa başladığı dövrlərdə Azərbaycanda olan əcnəbilərin müvəqqəti qalma müddətinin uzadılması ilə bağlı müraciət etmək zərurəti aradan qaldırılıb. Ombudsman tərəfindən miqrantların öz hüquqları haqqında maarifləndirilməsinin zəruriliyi ilə bağlı müvafiq orqanlara müraciət edildiyi də vurğulanıb.

Bununla yanaşı, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində miqrantların saxlanıldığı mərkəzlərə başçəkmələr keçirildiyi, onların sağlamlığının qorunması və digər hüquqlarının təmini məsələlərinin monitorinq edildiyi və miqrasiya orqanları ilə nəticələrlə bağlı vəziyyətin müzakirə olunduğu iştirakçıların diqqətinə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti