...

Polşa üç Rusiya diplomatını “persona non qrata” elan edib

Siyasət Materials 15 Aprel 2021 22:23 (UTC +04:00)
Polşa üç Rusiya diplomatını “persona non qrata” elan edib

Bakı. Trend:

Polşa hakimiyyəti Rusiya Federasiyasının üç diplomatını "persona non-qrata" elan edib.

Trend-in Tass-a istinadən xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Səfirə Rusiyanın Varşavadakı səfirliyinin üç əməkdaşının “persona non qrata” elan olunması barədə diplomatik nota verilib", - məlumatda deyilir.

Bildirilir ki, Polşanın Xarici İşlər Nazirliyi qərarın qəbul olunmasına səbəb olaraq diplomatik statusun həmin şəxslər tərəfindən pozulmasını göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti