...

44 günlük müharibə zamanı Ermənistanın törətdiyi hərbi cinayətləri araşdıran komissiyanın işi başa çatıb - Mustafa Şentop

Siyasət Materials 26 Aprel 2021 15:40 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

44 günlük müharibə zamanı Ermənistanın törətdiyi hərbi cinayətləri araşdıran komissiyanın işi başa çatıb.

Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

O bildirib ki, komissiyanın fəaliyyəti 5 aya yaxın müddətdə davam edib: "Azərbaycanın torpaqları olan Qarabağda Ermənistanın başladığı və 2020-ci ilin noyabrında Azərbaycanın zəfərlə bitirdiyi müharibə zamanı Ermənistanın törətdiyi cinayətlərin hər biri qeydə alınıb və araşdırılıb".

Şentop əlavə edib ki, bu hesabat dünya ictimaiyyətinin diqqətini cəlb edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti