...

Erməni faşizmi dünyanın ən eybəcər və ən vandal faşizmidir - Deputat

Siyasət Materials 28 Aprel 2021 20:38
Erməni faşizmi dünyanın ən eybəcər və ən vandal faşizmidir - Deputat

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Erməni faşizmi dünyanın ən eybəcər və ən vandal faşizmi olduğu kimi ermənisayağı revanşizm də olduqca təhlükəli və gözlənilməz ola bilər. Ona görə də Azərbaycan revanşistlərin başını “dəmir yumruq”la əzməyə həmişə hazır olmalıdır və hazırdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, təsadüfi deyil ki, Prezident İlham Əliyev daim öz çıxışlarında Azərbaycanın və dünyanın ictimai diqqətini bu məsələyə çəkir və revanşistlərə qəti xəbərdarlıq edir: “Hamıya aydındır ki, Ermənistanda belə qüvvələr var və onlar tək deyillər. Çünki revanşizmi xaricdən dəstəkləyən, erməni olan və olmayan digər güc mərkəzləri də var. Əgər belə olmasaydı, qəhrəman Azərbaycan ordusu tərəfindən darmadağın edilən, faktiki olaraq diz çökdürülən ermənilər revanşizmə cəhd edəcək cəsarəti özlərində tapa bilməzdilər”.

Deputat bildirib ki, elə Zəngilan rayonunun Seyidlər kəndi istiqamətində bizim sərhəd qoşunlarımıza atəş açılması da bunu təzahürüdür: “Azərbaycan Prezidenti ermənilərin bu alçaq hərəkətinə də elə Zəngilandan, orada xidməti istifadəyə açılan sərhəd zastavasından cavab verdi. Əslində bu cavabdan daha çox son və qəti xəbərdarlıq idi. Bu xəbrdarlıq ermənilərlə bərabər onların havadarlarına da edilən xəbərdarlıq idi”.

H.Babaoğlu vurğulayıb ki, Prezident İlham Əliyev şəxsi heyət qarşısında çıxış edən Ali Baş Komandan kimi dedi ki, “əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək!”.

O qeyd edib ki, düşmənin yerindəcə necə məhv edildiyini isə ermənilər çox yaxşı bilirlər: “Çünki 44 günlük müharibədə bunu əyani şəkildə görüblər və tarixləri boyu unutmayacaq bir dərs alıblar. Əgər yeni bir tarixi dərs daha almaq istəmirlərsə bənzər təxribatlara son qoymalıdırlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti