Bakı. Trend:
Azərbaycanın Xarici İşlər Nazirliyi ADA Universitetinin rektoru Hafiz Paşayevi ad günü münasibəti ilə təbrik edib.
Bu barədə Trend XİN-nin "Twitter" hesabına istinadən xəbər verir.
Təbrikdə deyilir: "Bu gün ADA Universitetinin rektoru, səfir, professor Hafiz Paşayev 80 yaşı tamam olur! Azərbaycan elmində, diplomatiyasında, təhsilində əvəzolunmaz yeri olan Hafiz müəllimi ürəkdən təbrik edir və ən xoş arzularımızı ona çatdırırıq!".