...

Yerevan üçtərəfli bəyanatın icrası ilə bağlı bütün səyləri göstərməyə hazırdır - Paşinyan

Siyasət Materials 6 May 2021 17:21 (UTC +04:00)
Yerevan üçtərəfli bəyanatın icrası ilə bağlı bütün səyləri göstərməyə hazırdır - Paşinyan

Bakı. Orxan Nəbiyev - Trend:

Yerevan Qarabağla əlaqədar üçtərəfli bəyanatın icrası ilə bağlı bütün səyləri göstərməyə hazırdır.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyan Yerevanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı deyib.

O, Ermənistanın bəyanatda qeyd olunan razılaşmaların icrası üçün bütün addımları atacağını deyib: "Biz, həmçinin üçtərəfli formatda konstruktiv dialoqun təmin olunması üçün maksimum səy göstərməyə hazırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti