...

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidentinə başsağlığı verib

Siyasət Materials 11 May 2021 18:15 (UTC +04:00)
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidentinə başsağlığı verib

Bakı. Trend:

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

Trend xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli Vladimir Vladimiroviç

Kazan məktəblərinin birində atışma nəticəsində uşaqların və yaşlıların həlak olması xəbəri məni dərindən sarsıdıb.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti