...

Ermənilərin hərbi cinayətlərini beynəlxalq komissiya araşdırır: Hər şeyə görə cavab verəcəklər - Videolayihə

Siyasət Materials 21 May 2021 16:48 (UTC +04:00)
Ermənilərin hərbi cinayətlərini beynəlxalq komissiya araşdırır: Hər şeyə görə cavab verəcəklər - Videolayihə

Bakı. Trend:

Bu günlərdə fəaliyyətə başlayan Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Beynəlxalq Komissiyası Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi cianyətləri araşdırır. Komissiyanın tərkibində dünyanın 36 ölkəsindən nüfuzlu nümüyəndələr çalışır və artıq xeyli faktlar toplanılıb.

Məlumdur ki, Ermənistan uzun illər Azərbaycana qarşı terror, soyqırımı, etnik təmizləmə siyasəti həyata keçirib. İşğalçı ölkə istər 1990-cı illərin əvvəllərində, istər 30 illik işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi zamanı görünməmiş müharibə cinayətləri tərədib. Bu hərbi cinayətlərin daha dərindən araşdırılaraq beynəlxalq aləmin diqqətinə çatdırılmasına və Ermənistanın məhkəmələrdə cəzalandırılmasına böyük ehtiyac var. Beynəlxalq Komissiyanın məqsədi bu faktları təcili toplamaq və Ermənistana layiq olduğu cəzanın verilməsini təmin etməkdir.

Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsində komissiyanın fəaliyyəti müzakirə edilib. Trend-in suallarını Qarabağ Müharibə Cinayətləri Araşdırma Komissiyası idarə heyətinin sədri Salih Kurt, komissiyanın idarə heyətinin üzvü Hulusi Kılıç, komissiyanın araşdırma heyətinin rəhbəri Yücel Karauz və hərbi ekspert, komissiyanın araşdırma heyətinin Azərbaycandan olan üzvü Ruslan İmamquliyev cavablandırıb.

Videolayihəni təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti