...

Ermənistan dövlət səviyyəsində terrorçuluq və təxribatla məşğul olmağı dayandırmır - Pakistanlı ekspert

Siyasət Materials 6 İyun 2021 09:17 (UTC +04:00)
Ermənistan dövlət səviyyəsində terrorçuluq və təxribatla məşğul olmağı dayandırmır - Pakistanlı ekspert

Bakı. Ceyla Əliyeva - Trend:

Ermənistan dövlət səviyyəsində terrorçuluq və təxribatla məşğul olmağı dayandırmır.

Bunu Trend-ə pakistanlı ekspert Xalid Taymur Əkrəm Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin minaya düşərək həlak olmasını şərh edərkən deyib.

O bildirib ki, dünya ictimaiyyəti dərhal bu faciəyə reaksiya göstərməlidir: "Bütün dünya ermənilərin və onların vəhşilikərinin əsl üzünü gördü. Ona görə də dünya nəhayət, susqunluğunu pozmalı, Ermənistan barəsində ciddi tədbirlər görməli, ölkə rəhbərliyinə təzyiqlər göstərməlidir ki, minalanmış ərazilərin xəritəsini versin. Bunu humanitar baxımdan etmək lazımdır. Bu aspektdə Azərbaycanla qonşu ölkələrin, müttəfiqlərin səy göstərməsi vacibdir".

Ekspertin fikrincə, əsas problem ondan ibarətdir ki, Ermənistanın əməlləri əvvəlki kimi regionda təhlükəsizliyə təhdid törədir və bu ölkə öz beynəlxalq öhdəliklərini yerinə yetirmir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti