...

"Baku Network" ekspert şurasının direktoru Moskvada "Valday" klubunun icraçı direktoru ilə görüşüb

Siyasət Materials 9 İyun 2021 11:16 (UTC +04:00)
"Baku Network" ekspert şurasının direktoru Moskvada "Valday" klubunun icraçı direktoru ilə görüşüb

Bakı. Trend:

"Baku Network" ekspert şurasının direktoru Gülnarə Məmmədzadə Moskvada "Valday" müzakirə klubunun icraçı direktoru Nadejda Lavrentyeva ilə görüşüb.

Trend-in məlumatına görə, görüş "Valday" klubunun yeni ofisində baş tutub.

"Valday" klubunun İnkişaf və Dəstək Fondu və "Baku International Policy and Security Networк" ekspert şurası tərəfdaşlıq edir, əməkdaşlıq barədə saziş 2016-cı ilin noyabrında imzalanıb.

"Baku Network"un nümayəndələri dəfələrlə "Valday" klubunun tədbirlərində iştirak edib. 2019-cu ilin oktyabrında Gülnarə Məmmədzadə "Valday" beynəlxalq müzakirə klubunun 16-cı illik iclası çərçivəsində xüsusi sessiyanın moderatoru olub.

Hazırda "Valday" klubu növbəti iclasın keçirilməsinə hazırlaşır. Tədbirdə ənənəvi olaraq dövlət başçılarının, ziyalı elita nümayəndələrinin iştirakı nəzərdə tutulur. Valday" beynəlxalq müzakirə klubunun 16-cı illik iclasında Azərbaycan Prezidenti İlham Əliyev çıxış etmiş və məşhur "Qarabağ Azərbaycandır və nida işarəsi!" fikrini səsləndirmişdi.

Nadejda Lavrentyeva və Gülnarə Məmmədzadə azərbaycanlı ekspertlərin Valday klubunun tədbirlərində gələcək iştirakı ilə bağlı arzularını bildirib və ekspert əməkdaşlığı sahəsində digər məsələləri müzakirə edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti