...

Diplomatik korpus nümayəndələrinin Ağdama səfəri başlayıb (FOTO)

Siyasət Materials 13 İyun 2021 13:28 (UTC +04:00)
Diplomatik korpus nümayəndələrinin Ağdama səfəri başlayıb (FOTO)

Bakı. Trend:

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə xarici diplomatik korpus nümayəndələrinin Ağdama səfəri başlayıb.

Trend-in məlumatına görə, səfərdə Bakı və Ankarada akreditə olunmuş diplomatik nümayəndələr iştirak edirlər.

Dünya şöhrətli fotoqraf Rza Deqati diplomatlara erməni vandalizmi haqqında məlumat verib, faktları göstərib.

Diplomatlar ermənilərin dağıtdığı tarixi abidələrimizlə tanış olub, erməni vəhşiliyini öz gözləri ilə görüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti