...

Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB)

Siyasət Materials 15 İyun 2021 16:24 (UTC +04:00)
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB)

Bakı. Trend:

İyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

X X X

Trend xəbər verir ki, görüşdən sonra Prezident İlham Əliyev “Bayraktar Savunma” şirkətinin baş direktoru Lutfi Haluk Bayraktara “Qarabağ” ordenini təqdim etdi.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Lutfi Haluk Bayraktar bu yüksək mükafata Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, əməkdaşlığın inkişafına, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti