...

Antalya Diplomatiya Forumu öz işinə başlayır

Siyasət Materials 18 İyun 2021 13:14 (UTC +04:00)
Antalya Diplomatiya Forumu öz işinə başlayır

Bakı. Trend:

Bu gün Antalya Diplomatiya Forumu (ADF) öz işinə başlayır.

Trend xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının dəstəyi və Xarici İşlər Nazirliyi (XİN) təşkilatçılığı ilə keçirilən Antalya Diplomatiya Forumunda ümumilikdə 2000 qonağın iştirakı gözlənilir.

12 dövlət və hökumət başçısı, nazirlər, nüfuzlu siyasətçilər, elm və iş adamları, media nümayəndələrinin qatıldığı Forumda qlobal və regional məsələlər, eləcə də böhran və münaqişələrin həlli yolları müzakirə ediləcək.

Forumda Azərbaycanı Prezidentin köməkçisi − Azərbaycan Respublikası Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Xarici İşlər naziri Ceyhun Bayramov təmsil edir.

Xəbər lenti

Xəbər lenti