...

“Kanal İstanbul" layihəsinin uğurlu icrası Türkiyə iqtisadiyyatının daha da inkişaf etməsinə töhfə verəcək - Əli Əsədov

Siyasət Materials 28 İyun 2021 11:04 (UTC +04:00)
“Kanal İstanbul" layihəsinin uğurlu icrası Türkiyə iqtisadiyyatının daha da inkişaf etməsinə töhfə verəcək - Əli Əsədov

Bakı. Trend:

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya “Kanal İstanbul” marşrutu üzərində inşa ediləcək ilk körpünün təməlinin qoyulması münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, məktubda layihənin uğurlu icrasının Türkiyənin iqtisadiyyatının daha da inkişaf etməsinə böyük töhfə verəcəyinə əminlik ifadə edilib.

Qeyd edək ki, İstanbulun Küçükçekmece-Durusu dəhlizində yerləşəcək "Kanal İstanbul"un uzunluğu 45 kilometr, eni minimum 275 metr, dərinliyi təxminən 21 metr olacaq. Layihə başa çatdıqdan sonra uzunluğu 275 metr və eni 48 metr olan neft tankerləri, həmçinin uzunluğu 350 metr və eni 49 metr olan konteyner gəmiləri bu kanaldan keçə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti