...

Azad olunmuş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsi prioritet məsələlərdən biridir - Nazir müavini

Siyasət Materials 7 İyul 2021 14:16 (UTC +04:00)
Azad olunmuş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsi prioritet məsələlərdən biridir - Nazir müavini

Bakı. Elçin Mehdiyev – Trend:

İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsi prioritet məsələlərdən biridir.

Bunu Trend-ə açıqlamasında xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Azərbaycanın bir neçə beynəlxalq nəqliyyat dəhlizlərinin işə salınmasında və fəaliyyətində xüsusi rolu var və bu layihələrə xüsusi önəm verir. Bu layihələrdən "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizini xüsusilə qeyd edə bilərik:

"Çin Xalq Respublikası ilə birgə olan "bir kəmər bir yol" nəqliyyat dəhlizi lahiyəsi də xüsusi əhəmiyyətə malikdir. Bu çərçivədə Bakı-Tbilisi-Qars dəmir yolu mühüm rol oynayır. Bildiyiniz kimi, 2017-ci ilin oktyabr ayında təhvil verilmiş bu xətt Avropa və Asiyanı birləşdirən ən ucuz, eyni zamanda iqtisadi baxımdan ən səmərəli nəqliyyat dəhlizinin bir hissəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti