...

Efiopiyanın hakim partiyası parlament seçkilərində qalib gəlib

Siyasət Materials 11 İyul 2021 02:03 (UTC +04:00)
Efiopiyanın hakim partiyası parlament seçkilərində qalib gəlib

Bakı. Trend:

Efiopiyada Baş nazir Abiy Əhmədin rəhbərlik etdiyi hakim "Firavanlıq" partiyası 21 iyunda keçirilən ümumi seçkilərdə federal parlamentin aşağı palatasında yerlərin böyük əksəriyyətini qazanıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Efiopiya Milli seçki şurası rəhbərinin müavini Vubşet Ayele bildirib.

"Firavanlıq" partiyası 40-dan çox partiya və dərnək təmsilçisinin mübarizə apardığı 436-dan 410 yer əldə edib. Nəticədə 2018-ci ildə Efiopiyada hakimiyyətə gələn 44 yaşlı Abiy Əhməd daha bir müddət hükumət başçısı vəzifəsini icra edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti