...

Azərbaycanın Tacikistandakı səfiri vəzifəsindən geri çağırılıb

Siyasət Materials 16 İyul 2021 17:40 (UTC +04:00)
Azərbaycanın Tacikistandakı səfiri vəzifəsindən geri çağırılıb

Bakı. Trend:

Prezident İlham Əliyev H.D.Məmmədzadənin Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Sərəncam imzalayıb.

Sərəncamla Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Dövlət başçısının digər Sərəncamı ilə Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti