...

Kərim Vəliyev müdafiə nazirinin birinci müavini - Ordunun Baş Qərargah rəisi təyin edilib

Siyasət Materials 23 İyul 2021 16:02 (UTC +04:00)
Kərim Vəliyev müdafiə nazirinin birinci müavini - Ordunun Baş Qərargah rəisi təyin edilib

Bakı. Trend:

Prezident İlham Əliyev K.T.Vəliyevin Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Trend xəbər verir ki, sərəncama əsasən, General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti