Bakı. Elçin Mehdiyev - Trend:
Milli Məclisin İntizam komissiyasının Baş prokurorluğun müraciətinə baxacaq.
Trend-in məlumatına görə, komissiyanın toplantısı avqustun 2-də keçiriləcək.
İclasa Baş prokuror Kamran Əliyevin polis əməkdaşını döyən deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə göndərdiyi təqdimata baxılacaq.