...

Eldəniz Səlimov saxlanılıb

Siyasət Materials 3 Avqust 2021 13:49 (UTC +04:00)
Eldəniz Səlimov saxlanılıb

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Milli Məclisin qərarı ilə deputat toxunulmazlığı ləğv edilən Eldəniz Səlimov saxlanılıb.

Trend-in məlumatına görə, E.Səlimov bu gün Binəqədi rayon məhkəməsində hakim qarşısına çıxarılacaq.

Qeyd edək ki, polis əməkdaşını döydüyü üçün Eldəniz Səlimova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti