...

Çinin XİN rəhbəri ABŞ Dövlət katibi ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib

Siyasət Materials 30 Avqust 2021 04:32 (UTC +04:00)
Çinin XİN rəhbəri ABŞ Dövlət katibi ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib

Bakı. Trend:

ABŞ Dövlət katibi Entoni Blinken ÇXR-in xarici işlər naziri Van İ ilə Əfqanıstandan sərbəst çıxışı təmin etmək səylərini və Taliban hərəkatının öhdəliklərini müzakirə edib.

Trend "TASS"a istinadən xəbər verir ki, bu barədə Dövlət departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yaydığı bəyanatda deyilir.

Qeyd edilir ki, Blinken və Van İ Talibanın Əfqanıstan və digər dövlətlərin vətəndaşlarının təhlükəsiz və sərbəst hərəkət etməsi ilə bağlı ictimai öhdəliklərini yerinə yetirməsini təmin edən beynəlxalq birliyin əhəmiyyəti barədə müzakirələr aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti