...

Vətən müharibəsindəki tarixi Zəfəri ilə Azərbaycan tarixi ədaləti bərpa etdi - PA rəsmisi

Siyasət Materials 28 Sentyabr 2021 10:55 (UTC +04:00)
Vətən müharibəsindəki tarixi Zəfəri ilə Azərbaycan tarixi ədaləti bərpa etdi - PA rəsmisi

Bakı. Elçin Mehdiyev - Trend:

44 günlük Vətən müharibəsində tarixi Zəfəri ilə Azərbaycan 30 illik münaqişəni həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının (PA) Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bu gün “Yaddaş” kitabının və Memorial.az saytının təqdimatı mərasimində deyib.

S.Yusifova bildirib ki, ötən bir il ərzində yenilənmiş Azərbaycana daxildən və xaricdən baxışın fundamental dəyişməsinin, ölkəmizə və xalqımıza qarşı oturuşmuş stereotiplərin dağılmasının, dünyanın tamamilə yeni bir Azərbaycanı kəşf etməsinin şahidi olduq:

“Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin 76-cı sessiyasındakı tarixi çıxışı XXI əsrin əsas paradiqmasına çevriləcək ümumbəşəri prinsip kimi ədalətə çağırışdır, hər bir azərbaycanlının düşündüyü və bütün dünyaya çatdırmaq istədiyi mesajdır: “Ermənistanın münaqişə dövründə status-kvonu saxlamaq və işğalı möhkəmləndirmək, münaqişənin son 2 ili ərzində danışıqların formatını və mahiyyətini dəyişdirmək cəhdləri, ona qarşı sanksiyaların tətbiq edilməməsi və illər ərzində hökm sürən cəzasızlıq, 2020-ci ilin iyul-avqust aylarında törətdiyi təxribatlar 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı yeni irimiqyaslı hücumu ilə nəticələndi.

Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, hərbi-siyasi yollarla 30 illik münaqişəni həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Münaqişə keçmişdə qaldı".

PA rəsmisi qeyd edib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi:

“Bu, yəqin ki, BMT-nin yarandığı vaxtdan bu günə qədər dünyada ilk belə haldır.
BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında ikili standartlara və selektiv yanaşmaya yol verilməməsi üçün yeni icra mexanizminin yaradılması məqsədilə səylərin birləşdirilməsinə ehtiyac var.

Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti