...

Müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

Siyasət Materials 28 Sentyabr 2021 17:21 (UTC +04:00)
Müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.

Qeyd edək ki, görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti