...

Türkiyə Prezidenti Rusiyaya yola düşüb

Siyasət Materials 29 Sentyabr 2021 12:51 (UTC +04:00)
Türkiyə Prezidenti Rusiyaya yola düşüb

Bakı. Humay Ağacanova - Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya rəsmi səfərə yollanıb.

Trend-in məlumatına görə, R.T.Ərdoğan Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Zirvə toplantısının proqramında heyətlərarası görüş nəzərdə tutulmayıb.

Bildirilib ki, prezidentlər təkbətək görüşəcəklər.

Tərəflər görüş zamanı iki ölkə arasında iqtisadi-ticarət və siyasət sahəsində Rusiya-Türkiyə əməkdaşlığının müxtəlif aspektlərini, həmçinin Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.

R.T.Ərdoğanı səfərdə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin sözçüsü İbrahim Kalın müşayiət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti