...

Prezident İlham Əliyev Cəbrayılda məktəb binasının tikintisi ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 4 Oktyabr 2021 14:35 (UTC +04:00)
Prezident İlham Əliyev Cəbrayılda məktəb binasının tikintisi ilə bağlı sərəncam imzalayıb

Bakı. Trend:

Prezident İlham Əliyev Cəbrayıl şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncama əsasən, Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti