...

Son 25-30 ildə hər hansısa dövlət tərəfindən post-münaqişə dövründə bu miqyasda yenidənqurma işləri həyata keçirilməyib - Hikmət Hacıyev

Siyasət Materials 16 Oktyabr 2021 12:24 (UTC +04:00)
Son 25-30 ildə hər hansısa dövlət tərəfindən post-münaqişə dövründə bu miqyasda yenidənqurma işləri həyata keçirilməyib - Hikmət Hacıyev

Tərtər. Elçin Mehdiyev - Trend:

Son 25-30 ildə dünya miqyasında hər hansısa dövlət tərəfindən post-münaqişə dövründə bu miqyasda yenidənqurma işləri həyata keçirilməyib.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycandakı diplomatik korpusun nümayəndələri ilə birgə Suqovuşan və Talışa səfəri zaman deyib.

H.Hacıyev vurğulayıb ki, Azərbaycanın təcrübəsində post-münaqişə dövründə bərpa və yenidənqurmanın unikal bir nümunəsi həyata keçirilir: “Belə ki, son 25-30 ildə dünya miqyasında post-münaqişə dövründə dövlətlər tərəfindən bu miqyasda yenidənqurma işləri həyata keçirilməyib. Digər regionlarda bu kimi hallar olduğu halda daha çox beynəlxalq təşkilatların bilavasitə iştirakı ilə bərpa həyata keçirilirdi, ancaq Azərbaycan Respublikasının təcrübəsində isə bu layihələr Azərbaycanın öz daxili imkanları hesabına və qısa müddət ərzində reallaşdırılmaqdadır.

Diplomatik korpus nümayəndələri də görür ki, biz hazırda olduğumuz Talış kəndində vəziyyət digər işğal altında olmuş ərazilərimizdəki vəziyyətdən bir o qədər fərqlənmir. Yəni burada da 30 il ərzində işğal müddətində total dağıntılar həyata keçirilib, Azərbaycan vətəndaşlarına məxsus əmlaklar talan edilib. Amma gördüyünüz kimi, Azərbaycan dövlətinin niyyəti və qətiyyəti qısa müddət ərzində bu ərazilərin bərpasının həyata keçirilməsi və keçmiş məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıtmasıdır”.

Xatırladaq ki, oktyabrın 16-da diplomatik korpus və yerli media nümayəndələrinin işğaldan azad edilmiş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfəri təşkil olunub. Səfərə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəhbərlik edir.

Bu, diplomatik korpus nümayəndələrinin azad olunmuş ərazilərə sayca 7-ci səfəridir. Budəfəki səfərdə məqsəd azad olunmuş ərazilərdə Ermənistanın törətdiyi dağıntılarla yanaşı, aparılan quruculuq işləri ilə də tanışlıqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti