...

Türkdilli dövlətlərin birliyi yalnız region üçün yox, dünya üçün də çox önəmlidir (VİDEO)

Siyasət Materials 12 Noyabr 2021 20:12 (UTC +04:00)
Türkdilli dövlətlərin birliyi yalnız region üçün yox, dünya üçün də çox önəmlidir (VİDEO)

Bakı. Humay Ağacanova - Trend:

Türkdilli dövlətlərin birliyi yalnız region üçün yox, eyni zamanda dünya üçün də çox önəmlidir.

Trend-in məlumatına görə, bu sözləri Azərbaycan Televiziyasının "Əsas məsələ" verlişində çıxışı zamanı Trend Beynəlxalq İnformasiya Agentliyinin Xarici Layihələr Direksiyasının rəhbəri Rufiz Hafizoğlu deyib.

O qeyd edib ki, regionda Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Gürcüstan-Türkiyə kimi fərqli əməkdaşlıq formatları var. Bütün bu formatların əsas aparıcı amili Azərbaycan və Türkiyə olub.

"Lakin məsələyə yalnız etnik kimlik üzərində qurulan ittifaq kimi baxmaq lazım deyil. Bunun iqtisadi məqamı da var. Türkdilli dövlətlərin etnikdən çox iqtisadi maraqları var və bu da çox normal bir haldır. Bu maraqların üzərində Zəngəzur dəhlizi çox önəmli rola malikdir.

Azərbaycan son 2 il ərizndə çox önəmli addımlar atıb. Ölkə Prezidenti İlham Əliyev dünya ictimaiyyətinə bölgədə türkdilli dövlətlərin əməkdaşlığının çox önəmli rola malik olduğunun mesajlarını verdi. Qeyd etmək istərdim ki, İkinci Qarabağ müharibəsi türkdilli dövlətlərin birləşməsi üçün çox önəmli addım oldu. Türkdilli dövlətlərin birliyi yalnız region üçün yox eyni zamanda dünya üçün çox önəmlidir" - deyə, o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti