...

ABŞ Taliban hakimiyyətinin legitimliyinin tanıması üçün şərtlərini açıqlayıb

Siyasət Materials 20 Noyabr 2021 03:46 (UTC +04:00)
ABŞ Taliban hakimiyyətinin legitimliyinin tanıması üçün şərtlərini açıqlayıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Taliban terrorizmlə mübarizə, inklüziv hökumət yaratmaq və azlıqların hüquqlarına hörmət etməklə legitimlik qazanmalıdır.

Trend xəbər verir ki, bunu ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Uest öz rəsmi Twitter səhifəsində yazıb.

"Biz Talibana qarşı aydın, açıq diplomatiyaya davam edəcəyik. Legitimliyi və dəstəyi terrorizmlə mübarizə, inklüziv hökumət qurmaq və azlıqların, qadınların və qızların hüquqlarına, o cümlədən təhsilə və işə bərabər çıxış imkanlarına hörmət etmək üçün fəaliyyət yolu ilə qazanılmalıdır", - deyə Uest qeyd edib.

O əlavə edib ki, Birləşmiş Ştatlar Əfqanıstan xalqına humanitar yardım göstərməyə davam edəcək. Bu məqsədlər üçün Vaşinqton bu il 474 milyon dollar ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti