...

ABŞ Azərbaycanla Ermənistan arasında birbaşa əlaqə xəttinin yaradılması barədə qərarı alqışlayır - Səfir

Siyasət Materials 22 Noyabr 2021 15:22 (UTC +04:00)
ABŞ Azərbaycanla Ermənistan arasında birbaşa əlaqə xəttinin yaradılması barədə qərarı alqışlayır - Səfir

Bakı. Ləman Zeynalova - Trend:

ABŞ Azərbaycanla Ermənistan arasında müdafiə nazirlikləri vasitəsilə birbaşa əlaqə xəttinin yaradılması barədə qərarı alqışlayır.

Bunu bu gün ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger Trend-in sualını cavablandırarkən deyib.

"Biz bu addımı alqışlayırıq. Həm də hesab edirik ki, tərəflər bu mexanizmdən istifadəyə hazırlıq nümayiş. etdirməli və bundan faydalanmalıdır. Mən həm də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüşün keçiriləcəyi xəbərini eşitməkdən məmnun oldum. ABŞ da Azərbaycanla Ermənistan arasında birbaşa əlaqələrin yaradılması üzərində səylə işləyib. Bu, tərəflər arasında etimadın təmin olunmasına imkan verəcək" - deyə, səfir bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti