...

Rusiya və İtaliya Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Siyasət Materials 30 Noyabr 2021 15:35 (UTC +04:00)
Rusiya və İtaliya Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Bakı. Trend:

Noyabrın 30-da Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Moskvada İtaliyanın Rusiyadakı səfiri Corco Staraçe ilə görüşüb.

Trend bu barədə Rusiya XİN-ə istinadən məlumat verir.

"Görüş zamanı noyabrın 26-da Soçidə keçirilmiş Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü kontekstində Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Hər iki tərəf regionun təhlükəsizliyinin və iqtisadi inkişafın təmin olunması məqsədilə Cənubi Qafqazda vəziyyətin sabitləşməsində maraqlı olduğunu bildirib", - deyə nazirliyin məlumatında deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti