...

İraqın şimalında 2 PKK terrorçusu zərərsizləşdirilib

Siyasət Materials 3 Dekabr 2021 07:32 (UTC +04:00)
İraqın şimalında 2 PKK terrorçusu zərərsizləşdirilib

Bakı. Trend:

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalında keçirdiyi əməliyyat zamanı 2 PKK terrorçusu zərərsizləşdirilib.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, əməliyyat Qara yaşayış məntəqəsi yaxınlığında həyata keçirilib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin mart ayına qədər bu qanlı təşkilatın əli ilə Türkiyə təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 6800 mülki şəxs öldürülüb.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti