Bakı. Trend:
Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir.
Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, Vətən müharibəsində qazanılan Zəfərdən sonra ölkəmiz gələcəyə baxır.
"Regionda nəqliyyat dəhlizlərinin açılması Azərbaycanın maraqlarına cavab verir", - deyə Ə.Əsədov bildirib.