...

Putin və Bayden arasında danışıqların mövzuları açıqlanıb

Siyasət Materials 7 Dekabr 2021 23:22 (UTC +04:00)
Putin və Bayden arasında danışıqların mövzuları açıqlanıb

Bakı. Trend:

Ağ Ev Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden arasında onlayn danışıqlar zamanı qaldırılan əsas mövzuları sadalayıb.

Trend xəbər verir ki, bu barədə Amerika administrasiyasının saytında məlumat verilib.

Qeyd edilir ki, Bayden ABŞ və Avropa müttəfiqlərinin Rusiya qüvvələrinin Ukrayna sərhədləri yaxınlığında toplanması ilə bağlı narahatlığını dilə gətirib. Amerika lideri açıq şəkildə bildirib ki, hərbi eskalasiya olacağı təqdirdə onlar qəti iqtisadi və digər tədbirlərlə cavab verəcəklər. Həmçinin Ağ Ev rəhbəri rusiyalı həmkarını Ukrayna ətrafında deeskalasiyaya və diplomatiyaya qayıtmağa çağırıb.

Ölkə başçıları öz komandalarında Ukrayna üzrə dialoqu davam etdirməyi tapşırıblar.

Bundan əlavə, sammitdə strateji sabitlik və kibertəhlükəsizlik mövzuları da qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti